• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Qadın cinayətləri törədənlərin ömürlük həbsi üçün qanun layihəsi hazırlandı

  • 25.07.2025, 11:06,
  • Dünya
  • Baxılıb: 36
Qadın cinayətləri törədənlərin ömürlük həbsi üçün qanun layihəsi hazırlandı


İtaliyada qadın cinayətləri törədənlərin ömürlük azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Xarici KİV xəbər verir ki, Baş nazir Corciya Meloni hökumətinin hazırladığı layihə parlamentin yuxarı palatası Senatda yekdilliklə qəbul edilib.

Dünən keçirilən səsvermədə 200 yerlik Senat qanun layihəsinin lehinə 161 səs verib, əleyhinə səs verən olmayıb.

Layihə parlamentin aşağı palatası olan Nümayəndələr Palatası tərəfindən təsdiqlənərsə, qüvvəyə minəcək.

Qanun layihəsi qadını sırf qadın olduğuna görə, nifrət və ya ayrı-seçkilik, yaxud onun hüquq və azadlıqlarını və ya şəxsiyyətini boğmaq məqsədi ilə qətlə yetirənlərin ömürlük həbs edilməsini nəzərdə tutur.

Layihədə həmçinin qadın öldürməkdə təqsirli bilinənlər üçün cəzaçəkmə müəssisələrində daha sərt rejimin tətbiq edilməsi, gender əsaslı zorakılıqla mübarizə üçün təhsil və maarifləndirmə fəaliyyəti ilə bağlı öhdəliklərin gücləndirilməsi təklif edilir.

Ötən il 113 qadın qətli də daxil olmaqla qadınlara qarşı zorakılığın artması ictimaiyyətin qəzəbinə səbəb olub və İtaliya hökumətini tədbir görməyə vadar edib.

Qanun layihəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində ictimaiyyətlə paylaşılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 238
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter