• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir

  • 25.08.2025, 13:50,
  • Dünya
  • Baxılıb: 42
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir


Ermənistanın xarici ölkələrdəki səfirlərinin müşavirəsi avqustun 25-də Qafanda xarici işlər naziri Ararat Mirzoyan ilə müzakirələrlə davam edib.

Bu barədə "Report" "Armenpress"ə istinadən xəbər verir.

Müzakirələrin əsas mövzularından biri 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalar olub.

Bakı və İrəvan arasında paraflanmış sülh sazişindən danışan Mirzoyan, sülhün təkcə Ermənistan üçün yox, bütün Cənubi Qafqaz üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Bundan əlavə, nazir yeni reallıqlar şəraitində ölkənin xarici siyasətinin strateji baxışını təqdim edib, açılan yeni imkanları və onların həyata keçirilməsi üçün qarşıda duran işləri qeyd edib.

XİN başçısı bildirib ki, sülh gündəliyinin həyata keçirilməsi diplomatik orqanlar da daxil olmaqla Ermənistan hökumətinin prioritet vəzifəsidir.

O, həmçinin regional kommunikasiyanın açılmasının ölkə üçün geniş imkanlar yaradacağını vurğulayıb.

Qeyd edək ki, Ermənistanın xaricdəki səfirlərinin illik müşavirəsi avqustun 24-də başlayıb və avqust 27-də başa çatacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter