• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Trampın xüsusi nümayəndəsi: “Putin Ukraynada müharibəni bitirmək istəyir”

  • 27.08.2025, 16:00,
  • Dünya
  • Baxılıb: 40
Trampın xüsusi nümayəndəsi: “Putin Ukraynada müharibəni bitirmək istəyir”


ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Uitkoff Fox News-a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəni başa çatdırmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda masada Moskvanın təqdim etdiyi sülh təklifi var və Kiyev onu nəzərdən keçirir:

“Putin açıq şəkildə dedi ki, müharibəni bitirmək istəyir. Təklif masadadır və ümid edirəm ki, o, bu bəyanatına sadiq qalacaq”.

Jurnalistin “Bu, sadəcə Putinin oyunudurmu?” sualına cavab olaraq Uitkoff qeyd edib ki, Rusiya lideri səmimi şəkildə prosesə qoşulmağa cəhd göstərib:

“O, xüsusilə Alyaskadakı sammitdə bunu nümayiş etdirdi. Amma münaqişə çox mürəkkəbdir. Prezident Tramp da bu müharibəni dayandırmaq üçün əzmlidir”.

Uitkoff əlavə edib ki, Tramp həm Moskvanın, həm də Kiyevin mövqeyindən müəyyən qədər məyus olsa da, tərəfləri yaxınlaşdırmaq üçün ciddi addımlar atıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Dünən, 12:18
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter