• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Rusiya və Çin “Sibirin gücü-2” adlanan qaz kəməri tikəcək

  • 02.09.2025, 15:30,
  • Dünya
  • Baxılıb: 39
Rusiya və Çin “Sibirin gücü-2” adlanan qaz kəməri tikəcək


“Qazprom” və Çin Milli Neft Korporasiyası “Sibirin gücü - 2” qaz kəmərinin tikintisinə dair hüquqi qüvvəyə malik memorandum imzalayıb.

ArbatMedia portalı xəbər verir ki, müqavilə 30 il müddətinə bağlanıb, tədarükün qiyməti Avropadan daha aşağı olacaq.

Üç ölkənin - Rusiya, Çin və Monqolustan liderlərinin ictimaiyyətə açıqladığı bəyanata əsasən, bu gün “Sibirin gücü-2” qaz kəmərinin və Monqolustan ərazisindən “Soyuz Vostok” tranzit qaz kəmərinin tikintisinə dair hüquqi qüvvəyə malik memorandum imzalanıb, - “Qazprom”un baş direktoru Aleksey Miller bildirib.

Miller həmçinin deyib ki, “Qazprom” və Çin Milli Neft Korporasiyası “Sibirin gücü” qaz kəməri vasitəsilə tədarükün həcmini – ildə 38 milyard kubmetrdən 44 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib.

“Bu kəmərə dair müqavilə üç onillik müddətinə bağlandı. Təchizatların dəyəri daha sonra müəyyən ediləcək, lakin bu, Avropa qiymətlərindən aşağı olacaq”, deyə şirkət direktoru bildirib.

“Bundan əlavə, "Qazprom" və Çin tərəfi Uzaq Şərq marşrutu layihəsi çərçivəsində qaz tədarükü həcmini ildə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər artırmaq barədə razılığa gəliblər”, - Miller əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyanın referendum XOFU

  • Bu gün, 16:00
  • 5
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter