• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Wi-Fi ilə izləmə mümkün olacaq – Kameraya ehtiyac qalmayacaq

  • 03.09.2025, 15:30,
  • Dünya
  • Baxılıb: 32
Wi-Fi ilə izləmə mümkün olacaq – Kameraya ehtiyac qalmayacaq


Artıq insanları izləmək üçün kameraya ehtiyac olmayacaq. Yeni texnologiya sayəsində adi Wi-Fi şəbəkəsi vasitəsilə insanların harada olduğu və nə etdiyini müəyyənləşdirmək mümkün olacaq.

"TechRadar" xəbər verir ki, İtaliyanın La Sapienza Universitetində hazırlanan WhoFi adlı sistem Wi-Fi siqnallarındakı dəyişiklikləri analiz edərək, fərdləri tanıya bilir. Bunun üçün nə kamera, nə də xüsusi cihaz tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, sistem Channel State Information (CSI) texnologiyasından istifadə edir və siqnalın amplituda və fazasında baş verən dəyişikliklərə əsasən hər bir insan üçün unikal “Wi-Fi barmaq izi” yaradır. Bu üsul sayəsində fərdləri müxtəlif otaqlarda belə 95 faizdən çox dəqiqliklə müəyyən etmək mümkündür.

Bu texnologiya xüsusilə evdə tək yaşayan yaşlı və xəstə insanlar üçün təhlükəsizlik baxımından əhəmiyyətli ola bilər. Bundan başqa, zəlzələ və uçqun zamanı dağıntılar altında qalan insanların xilas edilməsində də faydalı ola bilər.

Lakin ekspertlər bildirirlər ki, bu texnologiyanın geniş yayılması məxfilik və şəxsi həyatın qorunması ilə bağlı ciddi suallar doğurur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 238
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter