• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Rusiya miqrant işçiləri robotlarla əvəz etməyə hazırlaşır

  • 15.10.2025, 09:35,
  • Dünya
  • Baxılıb: 58
Rusiya miqrant işçiləri robotlarla əvəz etməyə hazırlaşır


Rusiya Dövlət Dumasında miqrant əməyinin gələcəyi ilə bağlı müzakirələr yeni istiqamət alıb.

"Parlament nümayəndələri ölkədə az ixtisaslı işçilərin 95 faizinin robot texnologiyaları ilə əvəz oluna biləcəyini bəyan ediblər. Rəsmilərin fikrincə, bu addım əmək miqrasiyasından daha sərfəli və uzunmüddətli həll hesab olunur.

Deputatlar qeyd ediblər ki, canlı işçilərdən fərqli olaraq, robotlara nə istirahət, nə yemək, nə də ailə qayğıları lazımdır. Onlar fasiləsiz, hətta gecə saatlarında belə çalışa bilər və bu da məhsuldarlığı xeyli artırır.

Məsələn, hazırda yalnız Moskvada təxminən 10 min miqrant kuryer kimi çalışır. Dumanın məlumatına görə, bu rəqəmə həmin işçilərlə birlikdə ölkəyə gələn ailə üzvləri daxil deyil.

İdeyanın tərəfdarları bunu texnoloji inkişaf və istehsal səmərəliliyi üçün vacib addım kimi dəyərləndirirlər. Lakin tənqidçilər hesab edirlər ki, insan əməyini tam şəkildə əvəz etmək hələ mümkün deyil və bu proses sosial problemlərə yol aça bilər.(Musavat.com)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyanın referendum XOFU

  • Dünən, 16:00
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 238
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter