• 15:08 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 

Qanunsuz qumarı reklam edənlər barəsində inzibati protokol tərtib edildi

  • 24.10.2025, 09:00,
  • Dünya
  • Baxılıb: 44
Qanunsuz qumarı reklam edənlər barəsində inzibati protokol tərtib edildi


Azərbaycanda qanunsuz qumar və mərc oyunlarının reklamına görə 5 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib.

Bildirilib ki, Dövlət Agentliyi reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparır və Agentliyə daxil olan müraciətlər araşdırılır.

Qeyd olunub ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil olub.

Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı aşkar edilib.

Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub.

Qeyd edək ki, "Reklam haqqında" Qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşən şəxslər Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter