• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

ABŞ BMT-yə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə dair qətnamə təqdim edib

  • 04.11.2025, 09:32,
  • Dünya
  • Baxılıb: 81
ABŞ BMT-yə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə dair qətnamə təqdim edib


ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında bir neçə ölkəyə Qəzza zolağında ən azı iki il müddətinə beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim ediblər.

Axios portalına istinadən xəbər verir ki, layihədə " uzadılma ehtimalı ilə ABŞ-a və digər iştirakçı ölkələrə Qəzza zolağını idarə etmək və 2027-ci ilin sonuna qədər təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər" nəzərdə tutulur. ABŞ rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacağını dəqiqləşdirib. Vaşinqton administrasiyası qətnamə ilə bağlı daha sonra səsvermənin keçirilməsini və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinin yanvar ayına qədər başlamasını istəyir.

Layihə sənədində "Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq və əməkdaşlıq edəcəkləri yeni Fələstin polis qüvvələrini yetişdirəcək" beynəlxalq qüvvənin yaradılması nəzərdə tutulur. Bu qüvvələr həmçinin "hərbi, terrorçu və hücum infrastrukturunun məhv edilməsi və yenidən qurulmasının qarşısının alınması da daxil olmaqla Qəzza zolağını silahsızlaşdırmaq", eləcə də anklavda fəaliyyət göstərən qruplardan silahların müsadirə edilməsindən məsul olacaqlar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda yeni körpü tikilir

  • Bu gün, 11:37
  • 6
  • 0

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter