• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

NATO-dan Kremlə XƏBƏDARLIQ: Cavab verəcəyik

  • 04.12.2025, 13:20,
  • Dünya
  • Baxılıb: 28
NATO-dan Kremlə XƏBƏDARLIQ: Cavab verəcəyik


Rusiya təkcə Ukraynada amansız müharibəni davam etdirmir, eyni zamanda NATO-nun hava məkanını pozur, kiberhücumlar təşkil edir.

Bunu NATO-nun baş katibi Mark Rutte bəyan edib.
"Biz real və davamlı təhlükələrlə qarşı-qarşıyayıq. Rusiya Ukraynaya qarşı amansız müharibəsini davam etdirir. Qış yaxınlaşdıqca Rusiya getdikcə əhalini və kritik infrastrukturu hədəfə alır. Rusiya NATO-ya qarşı da getdikcə ehtiyatsız davranış nümayiş etdirir. O, hava məkanımızı pozur, kiberhücumlar təşkil edir və müttəqiflərin sualtı infrastruktrunu müəyyən edib xəritəsini çıxarmaq üçün sualtı gəmilər yerləşdirir”, - o qeyd edib.

NATO Baş katibi Mopskvanı xəbərdar edib ki, hibrid hücumlar davam edərsə cavab veriləcək: "Bu bir daha baş verərsə, biz daha çox şey edəcəyik. Əgər belə bir şey etsəniz, bunun nəticəsini hiss edəcəksiniz, çünki bu, son dərəcə ehtiyatsızlıqdır və qəbuledilməzdir”.

Rusiya-Çin əməkdaşlığından naraaht olan Rutte bildirib ki, Moskvanın Ukraynadakı müharibə səylərini təmin etmək üçün Çinin Şimali Koreya və İranla birlikdə Rusiya ilə sıx əməkdaşlıq etdiyini görürük: “Onlar sanksiyalardan yayınma, ikili təyinatlı malların daşınması və digər vasitələrlə Rusiyanın müharibəni davam etdirməsinə şərait yaradanlardan biridir.

Bütün bunlar sübut edir ki, biz sadəlövh olmamalıyıq. Biz Çinin Tayvanla bağlı fikirlərini bilirik və bu məsələdə qəti əminliyimiz var. Əgər Çin Tayvana qarşı hərəkətə keçərsə, Si Cinpin əvvəlcə Vladimir Putinə zəng edərək ondan dünyanın bu hissəsini prosesə cəlb etməsini xahiş edəcək", - Rutte bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

"Bitcoin" kəskin ucuzlaşdı

  • Bu gün, 09:42
  • 5
  • 0

Sabah 32 dərəcə isti olacaq

  • Dünən, 14:22
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter