• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?

  • 15.12.2025, 11:26,
  • Dünya
  • Baxılıb: 25
Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?


Hazırda Moskvada yaşayan Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd tibb sahəsində fəaliyyətinə geri dönmək qərarına gəlib.

“Bu barədə məlumatı “The Guardian”a Əsəd ailəsinə yaxın mənbə açıqlayıb.

Bildirilib ki, əvvəllər də tibb sahəsində təhsil almış siyasətçi oftalmologiya üzrə biliklərini dərinləşdirməyə başlayıb.

Mənbə hesab edir ki, Bəşər Əsəd gələcəkdə Moskvanın elit təbəqəsini müalicə etmək niyyətindədir.

Bununla yanaşı, 60 yaşlı keçmiş prezidentin rus dilini öyrəndiyi də vurğulanıb.

“Eks-siyasətçinin pula ehtiyacı yoxdur və bütün bunları sırf özü üçün edir. Çünki o, sərvətinin bir hissəsini özü ilə Rusiyaya apara bilib”, - məlumatda qeyd olunub.

Eyni zamanda, ailənin Moskvanın qərbində prestijli Rublyovka yaşayış məntəqəsində “sakit və dəbdəbəli” həyat sürdüyü bildirilib.

Xatırladaq ki, 2024-cü ilin sonunda Suriyada müxalif qüvvələrin hücuma keçməsindən sonra Bəşər Əsəd istefa verərək ailəsi ilə birlikdə ölkəni tərk edib. Bunun ardınca, Rusiya Əsəd və ailəsinə sığınacaq verib.Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Dünən, 14:22
  • 7
  • 0

Bakıda yeni körpü tikilir

  • Dünən, 11:37
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter