Dünya virusun cəngində: Hər kəs şübhəli, prezident karantində, qapılar bağlı, ölü sayı artır
- 27.02.2020, 11:23,
- Dünya
Baxılıb: 78
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni yayılan koronavirusla bağlı dünyada vəziyyət gərginləşir.
Ölkələr bir-birilə sərhədləri bağlayır, uçuşlar təxirə salınır, iqtisadi əlaqələr zəifləyir. Artıq Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri təxirə salıb. Ümumilikdə dünyada 82 min nəfər virusa yoluxub, onlardan min nəfərə yaxını məhz Cənubi Koreyadadır.
Bəhreyn İraq və Livana bütün uçuşları dayandırıb və bunu regionada virusun yayılması ilə izah edib. ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizəni koordinasiya etməyi vitse-prezident Layk Pensə həvalə edib.
İtaliyanın virus yayılan Lambardiya bölgəsinin prezidenti özü də iki həftəni karantində keçirəcək. O bildirib ki, virusa yoluxmayıb, ancaq əməkdaşlardan birində virus aşkarlandığına görə tədbir görmək məcburiyyətindədir.
Kruiz gəmisi olan “Meravigila” ilə bağlı da vəziyyət gərginləşir. Meksika, Yamayka və Kayman adaları gəminin qəbulundan imtina edib və bunu ekipaj üzvlərindən hansınınsa virusa yoluxma ehtimalı ilə əlaqələndirib.
İranda isə hətta deputat da virusa yoluxub. Bu ölkədə ölü sayı artır, bəzi məlumatlara görə, artıq virusa yoluxmuş 20 nəfər vəfat edib. /Cebhe.info/