• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İranda koronovirus ölümü pik həddə çatdı: Azərbaycan xüsusi dəhlizlə vətəndaşları çıxarır

  • 05.03.2020, 10:40,
  • Dünya
  • Baxılıb: 62
İranda koronovirus ölümü pik həddə çatdı: Azərbaycan xüsusi dəhlizlə vətəndaşları çıxarır


Azərbaycan öz vətəndaşlarını koronovirusun tüğyan etdiyi İran ərazisindən çıxarır.

Vətəndaşlar xüsusi sərhəd  dəhlizi  ilə İrandan  çıxarılır. Dövlətin nəzarəti  ilə keçirilən xüsusi  əməliyyat  zamanı  vətəndaşların  təhlükəsizliyi  üçün xüsusi məntəqələr yaradılıb. İrandan  gələn  vətəndaşlar  koronovirus  testi  edilir. Koronavirusla bağlı Azərbaycana  artıq  min  ədəd  test  göndərilib. Loborator  analizlər  yalnız  xüsusi  dövlət müəssələrində  həyata  keçirilir. Koronovirusla  bağlı  kənar  tibb müəssəsində  analiz  vermək  qadağan   edilib.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-ə çatıb. Bunların 51 066 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Koronavirusla əlaqədar Çindən sonra ən çox itki verən İranda çəkilən kadrlar ölkədəki vəziyyətin ağır olduğunu göstərir.

Görüntülər Qum şəhərində xəstəxanaların birində qeydə alınıb.

Kadrlarda döşəmədə və masaların üzərində onlarla cəsəd görünür. Videonun müəllifi koronavirusdan ölən adamlar üçün yer tapılmadığını və meyitlərin xəstəxanalarda yığılıb qaldığını bildirib. O, İran hökumətinin koronavirusla bağlı rəqəmləri gizlətdiyini vurğulayıb.

Ətraflı videonu  təqdim edirik:



/Oxu24.com/
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 17
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 056
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 746
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter