Koronavirusdan ölənlərin dəfn qaydası ilə bağlı — TƏBİB-dən AÇIQLAMA
- 24.04.2020, 12:03,
- Dünya
Baxılıb: 50
Facebook
Вконтакте
Одноклассники
Google+
Digər cənazə prosedurları Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mövzu ilə əlaqədar əlavədə yerləşdirilmiş fikirləri çərçivəsində həyata keçirilir. Ən vacib dini vəzifələrin sırasında ən öndə cənazələrin yuyulması, kəfənlənməsi və namazlarını qılması durur.
Bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.
Qeyd olunub ki, yuyulub kəfənləndikdən sonra cənazə namazının qılınması kifayətdir: "Bu vəzifə bəzi müsəlmanlar tərəfindən yerinə yetirildiyi təqdirdə digər müsəlmanlar məsuliyyətdən azad olurlar. Cənazə namazının qılınması üçün müəyyən bir vaxt yoxdur. Hazırlanan cənazənin gözlədilmədən namazının qılınıb dəfn edilməsi əsasdır. Yoluxucu xəstəlik riskinin olduğu hallarda cənazə namazının mümkün qədər az adamla qılınması məqsədəuyğundur.
Bundan əlavə, xəstəliyin yayılmaması üçün cənazə namazında iştirak edən şəxslər arasında kifayət qədər məsafə saxlanılmalıdır. Hər cənazə namazını ayrıca qılmaq məsləhət görülsə də, hamı üçün bir namazın qılınması kifayətdir. Xəstəliyin yayılma riskinə qarşı mütəxəssislərin tövsiyələrinə uyğun olaraq lazımi qoruyucu tədbirlər görüldükdən sonra cənazənin qaydası üzrə yuyulması, kəfənlənməsi və dəfn edilməsi vacibdir. Ehtiyac üzrə cənazələrin tabutla dəfn edilməsi də icazəlidir.
Bundan əlavə, cənazə ilə əlaqəli daha xüsusi halların yarandığı təqdirdə səlahiyyətli dini qurumlarla məsləhətləşmək lazımdır".