Koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic vəziyyətində salmasına baxmayaraq, bu heç də milyarderlərin sayına təsir etməyib. Əksinə say daha da çoxalıb. Baxmayaraq ki, 2009-cu ildəki qlobal böhran milyarderlərə daha pis təsir etmişdi. Bir çox milyarderlər müflis vəziyyətinə düşdü. Lakin 2020-ci ildəki pandemiya dövründə milyarderlər 2009-ci ilədəkindən daha çevik tərpənəkər özlərini böhrandan xilas edə bildilər. Bunun nəticəsi olaraq, 2020-ci ildə dünyanın ən varlı insanları reytinq cədvəlində 2000-dən artıq insan yer alıb.
Forbes xəbər verir ki, 2010-cu illə müqayisədə 2020-ci ildə milyarderlərin sayı təqribən 3 dəfə artıb. Forbesin 7 apreldə elan etdiyi 2020-ci ilin ən varlı insanları reytinq cədvəlinə 2095 nəfər düşüb. Əgər 10 il əvvəl dünya milarderlərinin ümumi sərvəti 3.5 trilyon dollar həcmində dəyərləndirilirdisə, 2020-ci ildə bu rəqəm 8 trilyon dollara çatıb. Ötən 10 ildə dünyanın 61 ölkəsində milyraderlər meydana gəlib. Son 10 ildə daha çox milyarderlər Asiya ölkələrində ortaya çıxıb. Bu siyahıya isə Çin liderlik edir. Əgər 2010-cu ildə Çində cəmi 64 milyarder var idisə, 2020-ci ildə bu say 389-a çatıb. Bura hələ Honqkonq milyarderləri daxil deyil. Honqkonda ötən 10 ildə milyarderlərin sayı 41-dən 66-ya qalxıb. Bu müddətdə Tailandda milyarderlərin sayı 3-dən 20-yə, Sinqapurda 4-dən 26-ya, Hindistanda 53-dən 102-yə qalxıb. Rusiyada isə milyarderlərin sayı 40-dan 102-yə qalxıb.
Buna baxmayaraq, bəzi ölkələrdə son 10 ildə milyarderlərin sayında azlama qeydə alınıb. Bunlar Səudiyyə Ərəbistanı, Türkiyə, Belçika və Yeni Zelandiyadır.
Milyarderlərin sayına görə top 10-luq aşağıdakı kimidir.
Çin-389, ABŞ-614, Almaniya-107, Hindistan-102, Honqkonq-66, Rusiya-102, Fransa-39, Brazilya-45, İsveçrə-35, İtaliya-36 milyarderlər dünyanın top onluğunda yer alıb.