• 12:21 – Rəsmilər Zəfər parkında - Fotolar 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 17:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 
  • 11:05 – Vilayət Eyvazov Yevlaxda tapşırıqlar verdi - Fotolar 

İran HDQ-nin freqatı öz gəmisini vurdu — Ölən və yaralananlar var

  • 11.05.2020, 11:12,
  • Dünya
  • Baxılıb: 36
İran HDQ-nin freqatı öz gəmisini vurdu — Ölən və yaralananlar var


İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub.
Oxu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter”də xəbər verib.

Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib. “Jamaran”dan buraxılmış gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir.

“Konarak”ın batdığı iddia edilir.

İran ordusu hələlik məlumatı təsdiqləməyib.

“Jamaran” - 2010-cu ildə istismara verilmiş və İran donanmasında ən müasirlərdən sayılan “Moudge” sinifinin əsas freqatıdır. Çin istehsalı olan gəmi əleyhinə raketlər, torpedalar və bir neçə silahla təchiz olunub. Heyət 140 nəfər təşkil edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Serhat Akın güllələndi - FOTO

  • Dünən, 09:39
  • 24
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 6 883
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 3 336
  • 26
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter