• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Körfəzdə ABŞ-İran gərginliyi artıb – Dəhşətli müharibə anonsu…

  • 14.05.2020, 14:00,
  • Dünya
  • Baxılıb: 98
Körfəzdə ABŞ-İran gərginliyi artıb – Dəhşətli müharibə anonsu…


ABŞ və Böyük Britaniyanın körfəzdəki gəmiləri hərbi təlimlərə başlayıblar. Bu barədə məlumatı ABŞ-ın regiondakı hərbi dəniz qüvvələrinin komandanı Cefri Morqantaller yayıb. O bildirib ki, təlimlərdə körfəzin minalardan təmizlənməsi taktikası həyata keçiriləcək. ABŞ-ın Həbi Dəniz Donanmasının saytında isə qeyd olunub ki, körfəzdə keçirilən “Exercise 2020” hərbi təlimlərinin məqsədindən ondan ibarətdir ki, ticarət gəmilərinin təhlükəsizliyi təmin edilsin. Təlimlərə ABŞ və Böyük Britaniyanın regionda yerləşdirdikləri hərbi hissələrə aid helikopterlər, patrul katerləri, sualtı əməliyyatlar üçün xüsusi hərbi hissələr cəlb olunub. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilmir.

Körfəzdə ABŞ-İran gərginliyi artıb – Dəhşətli müharibə anonsu…


Politoloq Mübariz Əhmədoğlu Redaktor.az-a məsələni şərh edərkən bildirib ki, təlimlərlə bağlı əsas aktual mövzu hər iki dövlətin bir-birinə güc nümayiş etdirmək istəyidir:

“Körfəzdə mina təmizləmə, ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi vacib və həmişə aktual olan məsələlərdir. Orada həm ABŞ hərbi təlimlər keçir, həm də İran. Bu gün hərbi təlimlərin aktual mövzusu hər iki dövlətin bir-birinə qarşı güc nümayiş etdirməsidir. İran xeyli vaxtdır tələb edir ki, ABŞ gəmilərini fars körfəzindən çıxarsın. İranın fikrincə, ABŞ hərbi qüvvələrinin Fars körfəzində olması regionun təhlükəsizliyi üçün təhdid yaradır. ABŞ isə düşünür ki, hərbi qüvvələri oradan çıxarsa, İran regionun digər dövlətlərinə təhlükə yaradacaq. Eləcə də neftin nəqlinin istənilən anda qarşısını ala və bu yolla dünyanı neft sınağına çəkə bilər. Hər iki tərəfin özünün konsepsiyası var”.

Mübariz Əhmədoğlu: Paşinyan həqiqət danışma bacardığını sübut ...

Politoloq qeyd edib ki, son dövrlər İran regionda xeyli güclənib. Əfqanıstanda ABŞ-a çox ciddi zərbə vuraraq, onun hərbiçilərinin regionu tərk etməsində vacib rol oynayıb:

“İranın Əfqanıstanla bağlı qarşıya qoyduğu məqsəd Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının bu ölkədəki sayını azaltmaqdır. Livanda sabitlik yoxdur, amma İranın hesabına görə, orda qərb yönümlü qüvvələr sıxışdırılır. İndi artıq ABŞ dözmək istəmir və hazırda fars körfəzində vəziyyəti gərginləşdirməklə, özünün hərbi qüvvələrinin sayını artırtmağa çalışır. Xeyli sayda hərbi qüvvə ilə təlimlər keçirir və İranı yerində oturtmağa çalışır.

İran dənizçilərinin yanlışlıqla özlərinə məxsus hərbi gəmini raketlə vurmasına da münasibət bildirən M.Əhmədoğlu qeyd edib ki, indiki vəziyyət üçün ABŞ məqsədinə çatmağa daha yaxındır:

“Deyə bilərik ki, ABŞ məqsədinə çatmağa daha yaxındır. Ötən günlərdə İran təlim zamanı öz gəmisini vurdu və 20 hərbçisi öldü. Bu da onu göstərir ki, İranda hələ də sanballı, güclü hərbi mütəxəssislər yoxdur. Bu, ABŞ-ı daha da ruhlandıracaq. Ehtmal olunur ki, ABŞ körfəzdə İrana qarşı əlavə zərbələr endirsin”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 21
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 060
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 750
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter