• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib - FOTO

  • 21.10.2020, 13:37,
  • Dünya
  • Baxılıb: 105
Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib - FOTO


Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib. Yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib.
Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Aksiyada soydaşlarımız, yerli və xarici qeyri-hökumət təşkilatları, eləcə də siyasi partiya təmsilçiləri və mətbuat nümayəndələri iştirak edib. 

Dərnəyin İdarə Heyətinin sədri hüquqşünas Lalə Həsənova çıxış edərək illərdir Ermənistanın işğalı altında olan torpaqarımızın Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Azərbaycan ordusunun şücaəti nəticəsində geri qaytarılmasından danışıb. İşğalçı Ermənistanın tərəfdaş olduğu beynəlxalq müqavilələri ciddi şəkildə pozduğunu və dəfələrlə imzalanan atəşkəs rejiminə riayət etmədiyini vurğulayıb. 

Aksiyada çıxış edən türkiyəli siyasətçilər də Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər. Azərbaycanın Laçın rayonundan olan iş adamı Elnur Malikoğlu da aksiyada çıxış edərək işğalçı Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin canlı şahidi kimi Laçın rayonunun işğalından danışıb, xalqımıza, dövlətimizə qələbə və əmin-amanlıq arzulayıb.

Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. kimi şüarlar səsləndirilib. 

Dərnəyin üzvü Lamiyə Novruzovanın ifasında Azərbaycanın “Sarı gəlin” xalq mahnısı səsləndirilib. Daha sonra aksiya 100-dən çox avtomobilin iştirakı ilə “Dostluq” parkından başlayan avtoyürüşlə davam edib. 

Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib - FOTO
Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib - FOTO
Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib - FOTO
Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter