İlham Əliyevdən səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə ilə bağlı SƏRƏNCAM
- 25.12.2020, 11:25,
- Gündəm / Siyasət
Baxılıb: 67
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident ilham Əloiyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməlidirlər.
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırmalıdır.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.