• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Yusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu

Yusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu


Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov - Müstəqil Azərbaycan Respublikasının vətəndaşı xoşbəxtdir ki, Azərbaycan kimi çiçəklənən ölkədə yaşayır. Onun uzaqgörən və müdrik siyasi lideri vardır. Ölkə başçımız Ulu Öndərin siyasi xəttini davam edərək, Azərbaycan üçün yeni üfüqlər açdı.
Azərbaycan dünya hərb tarixində yeni başlıqla yeni bir dastan yazdı. 2020-ci ilin sonu dünya hərbi tarixində yeni müharibə aparmaq üsulunu məhz Azərbaycan əsgəri yazdı. Məhz Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə dünya tarixində ilk dəfə pilotsuz uçuş aparatları ilə müharibə edildi. Bu bir şanlı Azərbaycan Tarixi səhifəsidir.
Azərbaycan əsgəri Dədə Qorqud nəsiyətləri ilə böyüyüb başa çatmışdır. Dədə Qorqud öz nəsihətində Azərə torpağın yurd, vətən olması üçün şərtlərini sadalayır, bu torpağı əkib becərməyi, onu yağılardan qorumağı tapşırır və bildirir ki, “o torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz”
Ömrünü xalq üçün Azərbaycan ölkəsinin inkişafına həsr edən, yorulmadan bunun üçün çalışan Prezident isbat etdi ki, Azərbaycan torpağında iqtisadi inkişaf həmişəki kimi əsas məsələdir və bu torpağın qorunması üçün də Ali Baş Komandan Müzəffər Ordu qurmuş və bütün dünyaya bacarıqlarını nümayiş etdirmişdir.
Təsadüfi deyil ki, Dünya Bankı belə bir qənaətə gəlmişdir ki, Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Bu hər bir Azərbaycan vətəndaşı üçün fəxr edici məqam olduğu kimi, digər ölkələr üçün nümunədir. Bu gün Azərbaycan regionun lider ölkəsidir.
Azərbaycan bütün dünyaya “günəş kimi parladı”. Bu Ulu Öndər Heydər Əliyevin strateji kursunun istiqaməti idi və buna Ölkə Başçımız cənab İlham Əliyev nail oldu.
2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu.
Azərbaycan bundan sonra da çiçəklənəcək, müdrik siyasi lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələri fəth edəcəkdir.

UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI ONLİNE KEÇİRİLMİŞDİR

Yusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu


Gəncə Dövlət Universitetində(GDU) “Microsoft Teams” proqramı vasitəsilə Elmi Şuranın növbəti iclası online şəkildə təşkil edilib.

Online formatda keçirilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Rektor Yusif Yusibov pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb. Rektor Yusif Yusibov GDU-da onlayn (“Microsoft Teams” platforması üzərindən) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.

Daha sonra, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun “2020 /2021-ci tədris ilinin payız imtahan sesiyasına hazırlığın vəziyyəti və qarşıda duran əsas məsələlər” və İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun “Universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri” haqqında hesabatları dinlənilib.

Tədrisin təşkili və təlimin texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov çıxış edərək imtahanların keçirilmə forması, həmçinin test imtahanları üçün sualların vaxtında bazaya təqdim edilməsi, test suallarının yenidən nəzərdən keçirilməsi səhv sualların düzəldilməsi və ya çıxarılması kimi məsələlərə diqqət ayırmağı fakültə dekanlarına bildirib.

Elmi Şurada prorektorun hesabatı əsasında 2020/2021-ci tədris ilinin payız semestrinin sessiyasına hazırlıqla əlaqədar məsələlər, həmçinin tələbələrin online dərslərə qoşulması, bəzi tələbələrin dərslərdə iştirak edə bilməməsi səbəbləri, təhsil haqlarının ödənilməsi və imtahanların keçirilmə formaları kimi məsələlər müzakirə edilib.

Prorektor Fəxrəddin Həsənov hesabatında universitetin tədris korpuslarında aparılan əsaslı cari və abadlıq işləri haqqında məlumatlar verib. O bildirib ki, IV tədris binasında arxiv yerləşən bina tam təmir olunmuş, rəflərlə təhciz olunaraq təhvil verilmişdir. IV tədris korpusunun həyətində yerləşən 1 mərtəbəli binada 4 ədəd auditoriya yaradılmış, əsaslı təmir olunaraq, İnventar və avadanlıqla təhciz olunmuşdur. Əsas tədris binasında cari və abadlıq işləri aparılmış, istilik sistemi təmir olunmuşdur. Fəxrəddin Həsənov həmçinin 1967-ci ildə istifadəyə verilmiş və keçən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüş tələbə şəhərciyinin tam olaraq təmir olunduğunu, tələbələr üçün hər bir şərait yaradıldığını qeyd edib.

İclasda həmçinin “Bakalavriat təhsil səviyyəsində əyani təhsil alan tələbələr üçün 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sesiyasında məsafədən (online) imtahan zamanı Microsoft Teams platformasından istifadə haqqında Təlimat” müzakirə edilmiş və yekdilliklə qəbul edilmişdir.

Sonra rektor Yusif Yusibovun Elmi Şurada 2020/2021-ci tədris ilində payız imtahan sessiyası, GDU-da kommunikasiyanın təşkili barədə məlumatları dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

Cari məsələlərlə bağlı – təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Sonda çıxış edən universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, Xarici dillər fakültəsinin Fransız dili kafedrasının baş müəllimi Aygün Əliyeva Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Konfederasiyasının keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsində qazandığı uğurlara görə Konfederasiyanın “Fəxri Fərman”ı ilə təltif olunub.

Bu münasibətlə rektor professor Yusif Yusibov və Elmi Şura iştirakçıları baş müəllim Aygün Əliyevanı təbrik edərək ona uğurlar arzulayıblar.

Yusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il olduYusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il olduYusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu
Yusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu


İSTANBUL ÜNİVERSİTETİ VƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN BİRGƏ BƏYANATI

İCTİMAİYYƏT ÜÇÜN ELAN

Yusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu


Qaradəniz ilə Xəzər dənizi arasında yerləşən Cənubi Qafqazın ən strateji bölgələrindən biri hesab olunan Qarabağ, Azərbaycana məxsus qədim bir Türk torpağıdır. 1905-1907-ci illərdə Cənubi Qafqazda Bakı, Gəncə, Şuşa, Quba ilə birlikdə Erməni hücumlarına məruz qalan Qarabağ, 31 mart 1918-ci il tarixində Zəngəzur, Göyçə, Zəngibasar, Gəncəbasar, Vedibasar, Şirvan, Quba və Bakı ilə birlikdə Erməni hücumlarına məruz qalmışdır. Bu hücumlarda onminlərlə Müsəlman Türkü Ermənilər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Türklərinin şanlı dirənişi və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun irəliləməsi ilə 15 sentyabr 1918-ci il tarixində Bakı işğaldan azad edilmişdir. Bu hərəkat Azərbaycan Türkləri tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Belə ki, bu sevginin nişanəsi olaraq Nuru Paşa və onun qəhrəman əsgərləri üçün məşhur “Lalələr” musiqisi yaranmışdır.

Qarabağın Sovet İttifaqı tərəfindən 7 iyul 1923-cü il tarixində muxtar bölgə olaraq Azərbaycana birləşdirilmiş olması, bu seçilən torpaqların Azərbaycanın ayrılmaz bir parçası olduğunun digər bir göstəricisidir. Buna baxmayaraq Dağlıq Qarabağ problemi Sovet İttifaqının dağılma mərhələsində, 1988-ci ildən etibarən Ermənilərin bu bölgənin Ermənistana birləşdirilməsini istəməsi ilə birlikdə yenidən alovlanmışdır. Ermənilər 1991-ci ildə Xankəndini, 1992-ci ildə Xocalı və Şuşanı, daha sonra isə Laçın, Xocavənd, Kəlbəcər və Ağdərəni işğal etmişlər. 1993-cü ildə isə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan Ermənistana sadiq qüvvələr tərəfindən işğal edilmişdir. Daha əvvəllər silahları əllərindən zorla alınmış, özlərini müdafiə edəcək gücləri olmayan insanlara qarşı qadın, uşaq və yaşlı demədən qanlı qətliamlar həyata keçirmişlər. Təəssüf ki, insanlığa qarşı törədilmiş bu cinayətlərin hesabı siyasi və hərbi cinayətkarlardan qanun qarşısında sorğulanmamışdır. Bu müddətdə ən kədərli hadisələr 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, 613 günahsız Azərbaycan Türkünün uşaq, qadın və ya kişi, yaşlı və gənc olmasından asılı olmayaraq ermənilər tərəfindən qətlə yetirildiyi zaman baş vermişdir. Bu qırğın beynəlxalq hüquq və insanlıq qarşısında bir soyqırımdır. Bu hücumlar nəticəsində bir milyon Azərbaycan Türkü doğulub böyüdükləri Qarabağdakı yerlərindən köç etmək məcburiyyətində qalmışdır.

1991-ci ildən günümüzə qədər bütün çətinliklərə baxmayaraq Azərbaycan, günümüzdə zəngin mədəni irsi, inkişaf edən iqtisadiyyatı və güclü ordusu ilə Cənubi Qafqazın parlayan ulduzudur. Şərqdən Qərbə doğru inkişaf edən iqtisadiyyatı, hərbi gücü, təhsilə və sosial sahələrə qoyulan kapitalın miqyasına görə Avrasiya coğrafiyasının ən əsas ölkəsindən biridir.

Türkiyə ilə Azərbaycan arasında olan köklü əlaqələri dərk edə bilməyən Ermənistan, Dağlıq Qarabağda Azərbaycana qarşı bir müharibəyə başladı. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri arasında baş verən müharibənin sonunda Azərbaycan öz güclü ordusu sayəsində 28 ildir ki, Ermənilərin işğalı altında qalan tarixi torpaqlarını azad etmişdir. Əslində 10 noyabr 2020-ci il tarixində imzalanan atəşkəs razılaşması bu həqiqəti bir daha təsdiq etmişdir.

Türk coğrafiyasının qədim şəhəri olan Gəncə, 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri arasında baş verən müharibə zamanı dəfələrlə və alçaqcasına Erməni ordusunun hücumlarına məruz qalmışdır. Qorxaqcasına həyata keçirilən raket hücumları zamanı çox sayda günahsız insanlar, qadın və uşaqlar şəhid olmuş, yüzlərlə Gəncə sakini yaralanmışdır. Hücumlar nəticəsində şəhid olan bütün Azərbaycan vətəndaşlarını hörmətlə yad edirik. Allah rəhmət etsin, Ruhları şad olsun!

Bu hücumlar qarşısında beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun və ümumi olaraq beynəlxalq aktyorların susqunluğu qara bir ləkə olaraq insanlıq tarixinə yazılmışdır. Müharibə dövründə Gəncə və digər Azərbaycan ərazilərindəki mülki hədəflərə edilən hücumlar insanlığa qarşı edilmiş cinayətdir və bunun 1990-cı illərdə həyata keçirilmiş müharibə cinayətlərinin davamı olduğu bilinməlidir. Bu cinayətləri həyata keçirənlərin müstəqil beynəlxalq məhkəmələrdə mühakimə olunmaları və qlobal sülhü təmin etmək üçün dəymiş ziyanın ödənilməsi zərurətidir.

Türkiyə bu müharibənin əvvəlindən etibarən hər zaman Azərbaycanın yanında olmuşdur. Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birgə səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı əsasında Türkiyə və Azərbaycanın Xarici İşlər və Müdafiə Nazirliklərinin diplomatik strateji idarəçiliyi nəticəsində proses uğurla başa çatmışdır.

Hər iki ölkənin “Bir millət, iki dövlət” şüarını prinsip olaraq qəbul edən İstanbul Universiteti ilə Gəncə Dövlət Universiteti 20 mart 2017-ci il tarixində imzaladıqları əməkdaşlıq müqaviləsinə uyğun olaraq, dövlətlər arasındakı dərin tarixi əlaqələrin nəticəsi olaraq gələcək üçün elmi fəaliyyət və akademik əməkdaşlıq imkanlarını inkişaf etdirməyə çalışacaqlar. Mədəniyyət və təhsil sahəsində mövcud olan əməkdaşlıq sayəsində icra olunacaq fəaliyyətlərimizin həm iki dövlət arasındakı münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcəyinə, həm də elm işığında bölgədə sülhün bərqərar olması üçün güclü bir zəmin yaradacağına inanırıq.

Hörmətlə ictimaiyyətə elan olunur.

Yusif Yusibov: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 17
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 056
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 746
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter