• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Gözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəri

Gözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəri


Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə 2020-ci ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan videomüşavirə keçirilmişdir



Prezident İlham Əliyevin sonuncu dəfə Quba Şəhərinə gəlişində bu fikirləri bildirmişdi: Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərilmişdir. Mən Prezident kimi, Quba rayonuna 10 dəfə səfər etmişəm. Bu, 11-ci səfərdir. Səfərlər zamanı bir çox obyektlərin açılışlarında iştirak etmişəm. Quba rayonunun inkişafı ilə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Onlar da uğurla icra edilir. Rayonda infrastruktur layihələri icra edilir. Mən içməli su layihəsini qeyd etdim. Bir neçə il bundan əvvəl “Şahdağ” elektrik stansiyasının tikintisi nəticəsində nəinki Quba rayonunun, bütün bölgənin elektrik təminatı böyük dərəcədə yaxşılaşıb. Avtomobil yollarının çəkilməsi davam etdirilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Quba rayonunun əksər kəndlərində yollar artıq yaxşı vəziyyətdədir. Qalan layihələr də növbəti illərdə icra ediləcək. Digər infrastruktur layihələri ilə bağlı addımlar atılır. Ev təsərrüfatlarının 75 faizi təbii qaz ilə təmin edilib. Qırx səkkiz məktəb tikilib, yeddi məktəb əsaslı təmir edilib. “ASAN xidmət” mərkəzi yaradılıb, Gənclər evi, Şahmat məktəbi. Yəni, Quba şəhərində bir çox sosial və iqtisadi-sənaye obyektləri yaradılır, o cümlədən “Azərxalça” İstehsalat Birliyinin Quba filialı. Yəni, iş yerlərinin yaradılması, turizmin inkişafı üçün addımlar atılır. İndi Qubada turistlərin sayı da artır, həm yerli, həm xarici qonaqlar gəlirlər, yeni otellər açılır. Bu gün mən yeni tingçilik müəssisəsinin fəaliyyəti ilə tanış olmuşam. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti olacaq.

Ona görə Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də veriləcək. Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunları regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində icra edirik.

Bax, bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı, əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının üzərində işləyirik. Dördüncü proqram gələn ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o proqrama salınmalıdır və salınacaq.

Bəli, bu gündə Quba rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev tələbkarlığından irəli gəlir. Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Ziyəddin müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.

Bir sözlə, qubalılar Ziyəddin müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək. Rayon ağsaqqallarının ölkə mətbuatına müraciəti yuxarıda qeyd etdiklərimizi bir daha isbatladı. İnanırıq ki, Ziyəddin müəllim bundan sonrada daim rayon sakinlərinin yanında olacaq və onların problemlərinin istiqamətində lazımı addımlarını atacaqdır. Ən azından gürülən işlər bunu deməyə əsas verir.

Ziyəddin Əliyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Quba Rayon İcra Hakimiyyətində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ziyəddin Əliyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Gözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Quba şəhəri
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 10
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 092
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 790
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter