• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Fuad Hacıyev: Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur

Fuad Hacıyev: Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur


ADBTİA-NIN MÜƏLLİMİ DÜNYANIN ƏN YAXŞILARI ARASINDA BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB

Fuad Hacıyev: Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Dünyanın ən yaxşıları arasında birinci yerə layiq görülərək böyük uğurla tezliklə vətənə qayıdır. Belə ki, Akademiyanın atletika idman növü üzrə müəllimi Hakim İbrahimov dünyada atletika idman növünün inkişafı üzrə ixtisaslaşan yeganə kurs olan “Internationalen DLV-Trainerakademie” kursunu uğurla başa vurub. Qeyd edək ki, kurs Almaniyanın Xarici İşlər Nazirliyi, Almaniya Atletika Federasiyası və Johannes Gutenberg Universitetinin təşkilatçılığı ilə həyata keçirilir. Hər il dünyanın müxtəlif ölkələrindən 200-250 müraciətin göndərildiyi kursa sonda yalnız 12 nəfər seçilir. Onlardan biri də Hakim İbrahimovdur.[

Qeyd edək ki, bu kurs 14 ay müddətində təşkil edilir. İlk 4 ay intensiv alman dili tədris olunur, ardınca isə Trainingswissenschaft yəni elmi təlim mərhələsi başlayır. Bu müddətdə atletikanın bütün növləri üzrə Praktiki və nəzəri dərslər keçirilir. Həmçinin güc məşqi, tibb, psixologiya, uşaq atletikası, menecment, massaj, reabilitasiya, ilk yardım, hakimlik, nutrisiologiya kimi fənlər tədbiq edilir. Kursun sonunda isə alman dili ilə birgə 9 imtahan keçirilir. Hakim İbrahimov bu imtahan nəticələrinə görə kursun ən yaxşısı seçilib. Atletika müəllimi Internationalen DLV-Trainerakademie diplomu, Alman dili diplomu ve Beynalxalq Atletika federasiyasinin diplomuna layiq görülüb./color]

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Xəyanətkarlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır

“Biz korrupsiya hallarına qarşı amansız mübarizə aparacağıq”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dövlət başçısı son çıxışlarında bu istiqamətdə bir-birinin ardınca eyni səpkili çox ciddi bəyanatlar vermiş və korrupsiyaya bulaşmış məmurları bu əməllərindən çəkinməyə çağırmışdır. Ölkədə korrupsiyaya bulaşmış məmurların həbs olunması da bu istiqamətdə barışmaz və bağışlanılmaz siyasətin həyata keçirildiyini və siyasi iradənin göstərildiyini nümayiş etdirir.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Əgər ortada xəyanət varsa, deməli, o heç bir halda cəzasız qala bilməz. Dövlətin xəyanətə və ya xəyanətlərə qarşı sərt cəza maşınını işə salması xalq tərəfindən də müsbət qarşılanır. İnsanların sosial şəbəkələrdə bununla bağlı yazdıqları fikirlərə nəzər yetirdikdə, bir daha aydın olur ki, ictimaiyyət nümayəndələri ayrı-ayrı məmurların korrupsiya əməllərinə görə cazalanmasını və hətta həbs olunmasını müsbət qarşılayır.

“Xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur”- deyən cənab Prezident İlham Əliyev diqqəti əhalinin münasibətinə çəkmişdir. Dövlət başçısı “mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir” deyərək dövlətə xəyanət edənlərə qarşı mübarizənin bundan sonra da davam etdirilməsinin vacibliyinə işarə vermişdir.

Lakin görünən odur ki, bəzi şəxslər həyata keçirilən tədbirlərin əhəmiyyətini tam olaraq dərk etməyiblər. Ölkəmizdə karona virus pandemiyasına qarşı aparılan genişmiqyaslı tədbirlər zamanı dövlətə dəstək vermək əvəzinə öz mənafelərini üstün tutublar. Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər ediblər. Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Ona görə də onlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır.

Son zamanlar ölkənin hüquq-mühafizə orqanlarında həyata keçirilən kadr islahatları da korrupsiyaya bulaşmış məmurların ədalət qarşısında cavab verilməsinə hesablanıb desək, yəqin ki, yanılmarıq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi respublikada korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü hesab etmək olar. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Sözsüz ki, bu tədbirlərin sonunda həm məmurlar, həm də hökümət yeni və daha demokratik idarə-üsul sistemini müşahidə edəcək. Son nəticədə qazanan xalq-dövlət birliyi olacaq.

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.

Sizin bizim məzun, hazırkı və ya gələcək tələbə, bəlkə də bizim sıralara qoşulmaq istəyən və ya artıq bizimlə çalışan müəllim, ya da təsadüfi oxucu olmağınızdan asılı olmayaraq, Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının səhifəsində salamlamağa çox şadam. 1930-cu ildə yaranan, böyük və şərəfli tarixə sahib olan Akademiya son illərdə ikinci baharını yaşayır və burada yeni tarix yazılır. Bu tarixi bizimlə yazmağa Sizi də dəvət edirik.
Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur.

Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik.

Hamımız bilirik ki, məhz idman insanda “mübarizədə imkanların bərabərliyi”, “uğurun bərabər mübarizədə qazanılması”, “birinci olmağa can atmaq”, “yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək” kimi dəyər və bacarıqları formalaşdırır. Ən əsası isə idman Vətəni sevmək, onu təmsil etmək və onun müdafiəsinə hər an hazır olmağı oyrədir.

Akademiyada bu dəyərlərə böyük önəm verilir. Siz də bizimlə eyni dəyərləri bölüşməyə hazırsınızsa, Sizin yolunuzu gözləyirik!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı, ictimaiyyətə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 87 illik tarixi var.

Akademiyada baş verən dəyişikliklərdən ən əsası tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və müvafiq beynəlxalq qurumlara üzvlükdür. Qeyd etmək lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bu, çox vacibdir. Hazırda akademiya bir neçə xarici universitetlərlə əməkdaşlıq edir. Onların arasında Türkiyə Cümhuriyyətinin Mərmərə Universiteti, Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev Pedaqoji Universiteti, Təbriz Universiteti və s. vardır.

Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur.

Son dövrlərdə ölkəmizdə bütün sahələrdə baş verən dəyişikliklər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldırmışdır. Ümumiyyətlə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin bu akademiyanın inkişafındakı fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, akademiya menecmentində keyfiyyətə nəzarətin müasir sistemlərinə də mühüm yer verilmişdir. Burada başlıca məsələlərdən biri tələbələrin akademiyada idarəetmə proseslərinə cəlb olunmasıdır. Akademiyanın bütün strukturlarında tələbə kollektivinin iştirakı təmin edilmişdir. Dərsə davamiyyətə nəzarət avtomatlaşdırılmış nəzarət sistemi olan işıqfor proqramı yaradılmış, tələbələrə xidmətin keyfiyyətini daha da artırmaq məqsədini daşıyan "Elektron dekanlıq” layihəsinin gerçəkləşdirməsinə başlanılmışdır. Hazırda tələbələr akademiyanın böyük Elmi Şurasından tutmuş fakültələrin ictimai təşkilatları da daxil olmaqla bütün seçimli orqanlarda iştirak edirlər. İnanırıq ki, 87 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə ali təhsil sisteminin flaqmanlarından biri kimi, bundan sonra da yüksək səviyyədə fəaliyyət göstərəcəkdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 012
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 699
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter