• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Fuad müəllim: Bu Qələbə tarixdə əbədi qalacaq

Fuad müəllim: Bu Qələbə tarixdə əbədi qalacaq


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi Fuad müəllimdir.

"Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi Fuad müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fuad müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Fuad müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Fuad müəllimdən danışdılar yaxşı ki, Fuad müəllim "Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisidir… Fuad müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Fuad müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fuad müəllimi heç vaxt əqidəsindən döndərə bilməz.

Fuad müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fuad müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fuad müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Fuad müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fuad müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fuad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fuad müəllim özünü doğruldub. Bizdə hörmətli Fuad müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

"Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi Fuad müəllim - Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi,düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Prezident cənab İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı və 30 il boyunca danışıqlar zamanı səslənən fikirlər tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, Azərbaycan münaqişəni istənilən yolla həll edəcək, fikirləri 44 günlük müharibənin nəticəsində öz təsdiqi tapdı. Prezident cənab İlham Əliyev çıxışındı müharibədən sonra 10 noyabr bəyannaməsinə görə bölgəyə yerləşdirilmiş sülhməramlıların funksiyasından və gördüyü işlərdən də danışdı. Cənab prezident vurğulayıb ki Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır. Ermənistan xarici işlər nazirinin Qarabağa qanunsuz səfərində sülhməramlıların rolu məsələsinə də toxunub. Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz. Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır.Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb. Çıxışdan da aydın olduğu kimi Cənab prezident böyük humanistlik göstərir və özü də göstərdiyi bu humansitliyin fərqindədir və haqlı olaraq vurgulayır ki "Biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir".
Bütün dünyaya bəllidir hətta ermənilərin özləri də çox gözəl bilirlər ki tarix boyu erməni dövləti mövcud olmasada erməni xalqı olub. Ermənilər haqqında böyük sərkərdə Teymur Ləngin, rus ədibi A. S. Puşkinin və bir sıra dünya miqyaslı tanınmış ədiblərin söylədikləri mənfi və eyni zamanda doğru fikirləri təkrarlamaq istəmirəm yeniləmək istəyirəm. Cənab Prezidentin "Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq" deməsi erməniləri tam dolğun xarakterizə etməyə kifayət edəcək qədər müəkəmməl deyim olmasıyla yanaşı ermənilər haqqında söylənmiş mənfi sloqan kimi tarixlərdə uzun müddət qalacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 090
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 788
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter