Əvəz Nəbiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
- 16.02.2021, 11:38,
- Gündəm / Cəmiyyət
Baxılıb: 951
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyev - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial–iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir.Mühüm əhəmiyyətə malik olan və 5 əsas istiqaməti özündə ehtiva edən bu sənəd qarşıdakı 10 ildə-2030-cu ilə qədər olan mərhələdə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, ölkənin dayanıqlı və sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş əsas hədəfləri müəyyənləşdirir. Eyni zamanda, həmin sənəddə azad olunan ərazilərin sosial iqtisadi inkişafı da nəzərdə tutulub ki, bu da öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcək. Bu, dövlət tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan növbəti bir addımdır.
Eyni zamanda bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli hərəkətverici qüvvələrinin möhkəmləndiril-məsini, insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndiril-məsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Müstəqilliyimizin bərpasından keçən 30 illik bir müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlar, son 17 ildə ölkənin sosial-iqtisadi və siyası həyatında əldə edilən naliyyətlər, beynəlxalq nüfuzun artması, şərqlə-qərb, şimalla-cənub arasında mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi, Xəzərin karbohidrogen ehtiyyatlarının mənimsənilməsi və bu resursların nəqli üçün yaradılmış infrastruktur, Bakı şəhərinin dünyanın qlobal təşəbbüslərinin müzakirə mərkəzinə çevrilməsi və nəhayət ötən ilin sonunda 44 günlük müharibədə əldə edilmiş Zəfər nəticəsində azad edilmiş ərazilərin iqtisadiyyatımıza reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaranması imkanları deməyə əsas verir ki, qarşıdakı 10 ildə müəyyənləşdirilmiş prioritetlər və hədəflər uğurlu reallaşdırılacaqdır.
Qeyd olunan prioritetlər Azərbaycanda iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni hədəflərin tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı növbəti onillikdə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməsinə əsaslı zəmin yaradacaq.Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi, bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətimizin qüdrətinin daha da artacağına əminlik yaradır.
Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Əvəz Nəbiyevin bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyevə qarayaxma və böhtan xarakterli guya "“Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsi abonentləri əsassız cərimələyir" yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu.
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər 2 saylı Su Kanal Regional İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyevdir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Əvəz Nəbiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əvəz Nəbiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Əvəz Nəbiyevdən danışdılar yaxşı ki, Əvəz Nəbiyev 2 saylı Su Kanal Regional İdarəsinin rəisi təyin olunub… Əvəz Nəbiyev öz isguzarlığı ilə tanınır və seçilir….
Əvəz Nəbiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Əvəz Nəbiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Əvəz Nəbiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Əvəz Nəbiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Əvəz Nəbiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 2 saylı Su Kanal Regional İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Bizdə hörmətli Əvəz Nəbiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 955
- 5 494
- 10-02-2022, 10:36
- 28 361
- 244
- 7-04-2022, 11:57
- 21 498
- 207
- 26-04-2019, 16:16
- 16 085
- 45
- 18-09-2019, 10:29
- 13 605
- 119
- 12-12-2020, 12:00
- 13 321
- 92
- 11-04-2022, 16:00
- 11 804
- 12
- 15-05-2019, 20:27
- 11 016
- 54
- 24-05-2020, 23:28
- 9 935
- 3
- 26-04-2019, 15:39
- 9 415
- 99
- 27-04-2019, 10:08
- 8 996
- 2
- 23-10-2019, 21:00
- 8 011
- 1
- 29-11-2019, 09:00
- 7 859
- 3
- 13-05-2020, 22:05
- 7 718
- 0
- 28-04-2019, 20:56
- 7 484
- 2
- 23-04-2019, 21:57
- 7 252
- 2
- 11-03-2022, 12:24
- 309 955
- 5 494
- 10-02-2022, 10:36
- 28 361
- 244
- 7-04-2022, 11:57
- 21 498
- 207
- 7-11-2019, 09:36
- 6 005
- 121
- 18-09-2019, 10:29
- 13 605
- 119
- 26-04-2019, 15:39
- 9 415
- 99
- 12-12-2020, 12:00
- 13 321
- 92
- 22-12-2021, 14:22
- 4 698
- 57
- 15-05-2019, 20:27
- 11 016
- 54
- 10-02-2023, 10:54
- 4 201
- 51
- 26-04-2019, 16:16
- 16 085
- 45
- 14-01-2020, 09:33
- 6 761
- 20
- 11-04-2022, 16:00
- 11 804
- 12
- 27-03-2021, 14:25
- 4 931
- 7
- 29-11-2021, 09:36
- 4 524
- 5
- 29-09-2020, 11:15
- 4 944
- 5
- 24-09-2020, 11:41
- 4 981
- 5
- 16-05-2019, 14:19
- 6 876
- 5
- 15-05-2019, 09:47
- 5 215
- 5
SOSİAL ŞƏBƏKƏLƏR