Şərəfli vəzifəyə yiyələnən Telman Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır
- 18.01.2021, 10:27,
- Gündəm / Cəmiyyət
Baxılıb: 197
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyevdir.
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Telman Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Telman Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
1953-cü ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə «Şərq qapısı» qəzetində başlamış, 1983-cü ilədək orada çalışmışdır. 1984-cü ildən 1996-cı ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Teleradio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinədək yüksəlmişdir.
1996-2005-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin baş referenti kimi çalışmış, 2005-2008-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radio verilişləri departamentinin direktoru, 2008-2010-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavir vəzifələrində işləmiş, 2011-ci ildə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
1990-1995-ci ilərdə T.N.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş, Azərbayjan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Sorğu apardıq ağız dolusu Telman Quliyevdən danışdılar yaxşı ki, Telman Quliyev Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir… Telman Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Telman Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Telman Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Telman Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Telman Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Telman Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Telman Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Telman Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Telman Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Telman Quliyev özünü doğruldub. Bizdə hörmətli Telman Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev - Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi,düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 114
- 5 501
- 10-02-2022, 10:36
- 28 414
- 244
- 7-04-2022, 11:57
- 21 581
- 207
- 26-04-2019, 16:16
- 16 141
- 45
- 18-09-2019, 10:29
- 13 655
- 119
- 12-12-2020, 12:00
- 13 386
- 92
- 11-04-2022, 16:00
- 11 854
- 12
- 15-05-2019, 20:27
- 11 077
- 54
- 24-05-2020, 23:28
- 9 986
- 3
- 26-04-2019, 15:39
- 9 477
- 99
- 27-04-2019, 10:08
- 9 047
- 2
- 23-10-2019, 21:00
- 8 063
- 1
- 29-11-2019, 09:00
- 7 910
- 3
- 13-05-2020, 22:05
- 7 768
- 0
- 28-04-2019, 20:56
- 7 534
- 2
- 23-04-2019, 21:57
- 7 306
- 2
- 11-03-2022, 12:24
- 310 114
- 5 501
- 10-02-2022, 10:36
- 28 414
- 244
- 7-04-2022, 11:57
- 21 581
- 207
- 7-11-2019, 09:36
- 6 093
- 125
- 18-09-2019, 10:29
- 13 655
- 119
- 26-04-2019, 15:39
- 9 477
- 99
- 12-12-2020, 12:00
- 13 386
- 92
- 22-12-2021, 14:22
- 4 752
- 57
- 10-02-2023, 10:54
- 4 291
- 56
- 15-05-2019, 20:27
- 11 077
- 54
- 26-04-2019, 16:16
- 16 141
- 45
- 14-01-2020, 09:33
- 6 811
- 20
- 11-04-2022, 16:00
- 11 854
- 12
- 27-03-2021, 14:25
- 4 981
- 7
- 29-11-2021, 09:36
- 4 574
- 5
- 29-09-2020, 11:15
- 4 996
- 5
- 24-09-2020, 11:41
- 5 031
- 5
- 16-05-2019, 14:19
- 6 926
- 5
- 15-05-2019, 09:47
- 5 265
- 5
SOSİAL ŞƏBƏKƏLƏR