Ruslan Əliyev: BİR NEÇƏ ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKİLDİ
- 15.02.2021, 11:11,
- Gündəm / Cəmiyyət
Baxılıb: 144
Facebook
Вконтакте
Одноклассники
Google+
BİR NEÇƏ ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKİLDİ
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə şəhid ailəsini ziyarət edib. Onların qayğıları ilə maraqlanıblar. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq səlnaməsi yazan igidlərimizdən biri də şəhid Zaur Mədətovdur. Sentyabr ayının 27-də döyüşlərə qatılan Zaur, Füzuli, Cəbrayıl istiqamətlərində gedən əməliyyatlarda iştirak edib. Zaurun atası, Birliyin əməkdaşı Kamal Mədətov deyir ki, oğlu oktyabrın 8-i ağır döyüşlər zamanı ən ali və şərəfli zirvə olan şəhidlik zirvəsinə ucalıb. Zaur Mədətov “Vətən Uğrunda”, “Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.
1996-cı ildə Abşeron rayonunda anadan olan şəhid Rauf İbadov da Vətən müharibəsində qəhrəmanlığı ilə seçilib. Uşaqlıq illərindən vətənpərvər ruhda böyüyən Rauf sentyabrın 27-dən könüllü olaraq döyüşlərə qatılıb. Raufun atası, Birliyin əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib. Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Rauf İbadov “Vətən Uğrunda”, “Füzuli və Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.
NƏZARƏTÇİLƏRLƏ ABONENTLƏRİN ÜNSİYYƏTİ MİNİMUMA ENDİRİLİR
“Azəriqaz” İstehsalat Birliyi həmişə fəaliyyətində abonentlərdən istər mətbuat, istərsə də sosial şəbəkələr vasitəsilə gələn müraciətləri analiz edərək mümkün, optimal çıxış yollarının axtarışına çalışır. Növbəti belə müraciətlər müzakirə olunarkən, aydın olur ki, xüsusən də sonradan ödənişli sayğaclardan (mexaniki-elektron) istifadə edən abonentlərimiz nəzarətçi ilə ünsiyyətin minimuma endirilməsini istəyirlər. Çoxmərtəbəli binalarda bu məsələnin həlli istiqamətində görülən işlər artıq nəticəsini verir. Belə ki, sonradan ödənişli sayğaclara quraşdırılan yeni qurğular səyyar terminallarla uzaqdan idarəetməyə tam şərait yaradır. “Azəriqaz” İB bildirişlərin verilməsi sistemində də yeniliklər etmək qərarına gəlib. Sonradan ödənişli sayğacın göstəricilərinin fiziki olaraq nəzarətçi tərəfindən oxunmasını istəməyən abonentlər bildirişlərini SMS vasitəsilə almaq istərsə, bu da dərhal yerinə yetiriləcək. Belə ki, mart ayının 1-5 tarixləri intervalında sonradan ödənişli sayğac istifadəçisi öz sayğacının göstəricisinin aydın görünən fotosunu Birliyin “Çağrı Mərkəzi”nin (+994 77) 3 104 104 saylı “Whatsapp” nömrəsinə göndərə bilər. Bir şərtlə ki, mesajın göndərildiyi mobil nömrə ona aid olsun və ayarlardan (menyudan) əməliyyat sistemi elə tənzimlənməlidir ki, fotonun üzərində çəkildiyi tarix əksini tapsın. Əgər foto aydın görünməzsə, üzərində tarix yuxarıda qeyd edilən zaman intervalını əks etdirməzsə, vətəndaşa geri dönüş edilməklə, mesajı təkrar və düzgün göndərməsi xahiş olunacaq. Bununla həm abonentin mobil telefonu barədə məlumatlar ümumi bazaya aktiv nömrə kimi qeydiyyata düşəcək, həm də abonent hər ayın 1-5 tarixlərində eyni prosesi təkrarlamaqla SMS qəbul edə biləcək.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yaxın günlərdə Bakı şəhəri və Abşeron rayonu üzrə baza məlumatlarında qeydiyyatda olan 40 min sonradan ödənişli sayğac istifadəçisinə SMS bildirişlərin göndərilməsini həyata keçirəcək. SMS bildirişlər ən azı 10 manat borcu olanlara təqdim ediləcək. Abonentlərin bu prosesdə aktiv iştirakı isə SMS bildirişlərin göndərilməsinin əhatə dairəsinin artırılmasına və prosesin daha optimal formada icrasına imkan yaradacaq.
Bu barədə hazırlanan video çarxla aşağıdakı sosial şəbəkə ünvanından maraqlana bilərsiniz:
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 180
- 5 502
- 10-02-2022, 10:36
- 28 441
- 244
- 7-04-2022, 11:57
- 21 611
- 207
- 26-04-2019, 16:16
- 16 169
- 45
- 18-09-2019, 10:29
- 13 680
- 119
- 12-12-2020, 12:00
- 13 421
- 92
- 11-04-2022, 16:00
- 11 879
- 12
- 15-05-2019, 20:27
- 11 102
- 54
- 24-05-2020, 23:28
- 10 011
- 3
- 26-04-2019, 15:39
- 9 505
- 99
- 27-04-2019, 10:08
- 9 072
- 2
- 23-10-2019, 21:00
- 8 088
- 1
- 29-11-2019, 09:00
- 7 935
- 3
- 13-05-2020, 22:05
- 7 793
- 0
- 28-04-2019, 20:56
- 7 559
- 2
- 23-04-2019, 21:57
- 7 331
- 2
- 11-03-2022, 12:24
- 310 180
- 5 502
- 10-02-2022, 10:36
- 28 441
- 244
- 7-04-2022, 11:57
- 21 611
- 207
- 7-11-2019, 09:36
- 6 129
- 127
- 18-09-2019, 10:29
- 13 680
- 119
- 26-04-2019, 15:39
- 9 505
- 99
- 12-12-2020, 12:00
- 13 421
- 92
- 22-12-2021, 14:22
- 4 786
- 58
- 10-02-2023, 10:54
- 4 328
- 57
- 15-05-2019, 20:27
- 11 102
- 54
- 26-04-2019, 16:16
- 16 169
- 45
- 14-01-2020, 09:33
- 6 836
- 20
- 11-04-2022, 16:00
- 11 879
- 12
- 27-03-2021, 14:25
- 5 006
- 7
- 29-11-2021, 09:36
- 4 599
- 5
- 29-09-2020, 11:15
- 5 022
- 5
- 24-09-2020, 11:41
- 5 057
- 5
- 16-05-2019, 14:19
- 6 951
- 5
- 15-05-2019, 09:47
- 5 290
- 5
SOSİAL ŞƏBƏKƏLƏR