• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Məhərrəm Şəfiyev: Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da möhkəmlənməsi düşmənlərimizi daim narahat edir

Məhərrəm Şəfiyev: Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da möhkəmlənməsi düşmənlərimizi daim narahat edir


“Bərdə-Çörək” ASC -nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev - Bu gün Qafqazda və regionda geosiyasi vəziyyət xeyli dəyişib. Azərbaycanın 30 ildən sonra işğal altında olan torpaqlarını azad etməsi və ötən ilin noyabr ayının 10-da məğlub Ermənistanın kapitulyasiya aktına imza atması regionda yeni reallıqlar yaradıb. Azərbaycan öz haqqını, şərtlərini və tələblərini irəli sürür, Ermənistan isə bütün bunlarla məcburi razılaşaraq əməl edir. Azərbaycanın tarixi qələbəsindən indiyədək siyasi platformada müxtəlif danışıqlar aparılır, görüşlər keçirilir. Regionda hər kəs, xüsusilə də məğlub Ermənistan güclü və qalib Azərbaycanla hesablaşır. 30 il uzun bir müddət ola bilər. Bu zaman trayektoriyası, tarixi qələbəmizi daha şanlı və unudulmaz etdi.

Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. 28 ildən çox idi ki, ərazilərimizin 20 faizi işğal edilmiş, 20 min vətən övladı şəhid olmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmış kimi acı reallıqla üz-üzə qalmışdı. Bütün dünya bunu gördü. Onu da gördü ki, Ermənistan dünyanın ən mötəbər qurumu - BMT-nin Təhlükəsizlik Şurası 4 qətnaməyə əməl etmədi, ATƏT-in Minsk qrupu yaradıldığı gündən heç bir iş görmədi.

Ancaq 28 ildən çox çəkən bu acı reallıqlara 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev “Dəmir yumruq” siyasəti ilə erməni işğalına son qoyaraq, qondarma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimai fikrində yaranmış bütün stereotipləri və rəyləri darmadağın etdi! Azərbaycan xalqının, ordusunun qalib, məğrur, qürurlu olduğunu nümayiş etdirdi. Artıq bu gün yeni reallıqlar yaradan Azərbaycanla hesablaşırlar və Qali Sərkərdə bütün dünyanı yaratdığı yeni reallıqlarla barışmağa və hesablaşmağa çağırış edir.
Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır

Ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox nəcib təşəbbüslər irəli sürdü, eyni zamanda, iqtisadi imkanları zəif olan xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bildi. Bu dövrdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının Zirvə görüşləri COVID-19-a həsr edilib. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta Azərbaycan tərəfindən zəngin ölkələrə kasıb ölkələrin vətəndaşları üçün o peyvəndin alınmasına çağırış olunmuşdur. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Bununla da Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə öz töhfəsini verdi.

Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da möhkəmlənməsi düşmənlərimizi daim narahat edir

Məlumdur ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Ən çətin məqamlarda belə bu dostluq həmişə dövrün sınaqlarından üzü ağ çıxmış, bu ölkələr daim bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.

Təsadüfi deyildir ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir.

Ulu öndər Heydər Əliyev də öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi bir çağırış etmişdir: “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə”.

Xüsusi fərəh hissilə vurğulamalıyıq ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.

Qürurla qeyd etməliyik ki, Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Bu qardaş ölkə hazırda dünya miqyasında güc mərkəzi kimi müsbət rol oynayır və bu, bölgəmizin sabitliyi üçün çox önəmlidir.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etmişdir. Onu da unutmamalıyq ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlaması Azərbaycana göstərilən həmrəylik aktının təcəssümüdür.

Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar vermişdir ki, Azərbaycan yalnız deyil, Türkiyə onun yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirmiş və birmənalı olaraq Azərbaycana dəstək vermişlər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək olmuşdur.

Əlbəttə, bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır.

Əlbəttə, monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir. Belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək onun qarşısının alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyənin olması bizim üçün çox önəmli bir haldır.

Hazırda Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır.

Təbii ki, Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da möhkəmlənməsi düşmənlərimizi daim narahat edir və onlar hər vəchlə bu münasibətlərin korlanmasına, bu qardaş ölkələrin sürətli inkişafına mane olmağa çalışır, bu məqsədlə havadarlarının dəstəyinə arxalanırlar.

ABŞ Prezidenti C.Baydenin bu günlərdə qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat da məhz bu məkrli siyasətdən qaynaqlanır. Çox haqlı olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı bu qərarın yanlış olduğu hər iki ölkə rəhbəri tərəfindən qınanılmışdır. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulamşdır.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirmiş, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırmışdır.

Dövlət başçıları həmçinin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etmişlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 21
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 060
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 750
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter