Kərim Tahirov: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir
- 09.07.2021, 17:37,
- Gündəm / Cəmiyyət
Baxılıb: 89
Facebook
Вконтакте
Одноклассники
Google+
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar yaradır. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir.
Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinin, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunmuşdur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə qeyd olunmuşdur. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe birliyimizin bariz nümunəsidir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.
Mövcud şəraitdə Ermənistanın acınacaqlı vəziyyətdən yeganə çıxış yolu öz qonşuları ilə, ilk növbədə Azərbaycanla normal əlaqələr qurmaq və ərazi iddialarından, düşmənçilikdən, işğal siyasətindən əl çəkməkdir. Azərbaycan Ermənistana indiyə qədər törətdikləri bütün mənfur əməllərinə rəğmən yenə də regionda sülhün, sabitliyin, davamlı inkişafın, əməkdaşlıq mühitinin təmin olunması naminə bu şansı verir. Əlbəttə, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Blogger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan müharibə ritorikasının
perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır.
Ermənilər 30 il ərzində özlərinə müstəqil dövlət qura bilməyiblər. Onlar hələ də xarici dairələrdən və xarici hərbi yardımdan asılı durumdadırlar. Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Əhalisinin böyük hissəsi ölkəni tərk edib. Uzun illərdən bəri qapalı qalan sərhədləri ilə sosial-iqtisadi inkişaf üçün heç bir imkan görünmür. Ermənistan özünü heç olmasa, bundan sonra normal, sivil qonşu kimi apararsa, bəlkə nəsə qazana bilər. Zəngəzur dəhlizindən keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri Ermənistan üçün də əlavə imkanlar aça bilər.
Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir. Qardaş Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın daha da qüdrətlənməsi üçün əlverişli imkanlar yaradır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 100
- 5 501
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 24-05-2020, 23:28
- 9 980
- 3
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 27-04-2019, 10:08
- 9 041
- 2
- 23-10-2019, 21:00
- 8 056
- 1
- 29-11-2019, 09:00
- 7 904
- 3
- 13-05-2020, 22:05
- 7 762
- 0
- 28-04-2019, 20:56
- 7 528
- 2
- 23-04-2019, 21:57
- 7 296
- 2
- 11-03-2022, 12:24
- 310 100
- 5 501
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 7-11-2019, 09:36
- 6 079
- 124
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 22-12-2021, 14:22
- 4 746
- 57
- 10-02-2023, 10:54
- 4 277
- 54
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 14-01-2020, 09:33
- 6 805
- 20
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 27-03-2021, 14:25
- 4 975
- 7
- 29-11-2021, 09:36
- 4 568
- 5
- 29-09-2020, 11:15
- 4 990
- 5
- 24-09-2020, 11:41
- 5 025
- 5
- 16-05-2019, 14:19
- 6 920
- 5
- 15-05-2019, 09:47
- 5 259
- 5
SOSİAL ŞƏBƏKƏLƏR