Mehdi Səlimzadə: Azərbaycan xalqını öz Qələbəsinə qovuşduran böyük siyasət
- 11.10.2021, 12:45,
- Gündəm / Cəmiyyət
Baxılıb: 79
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəhid Ayaz Əhmədovun ildönümü qeyd olundu
2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ayaz Elson oğlu Əhmədovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, oktyabrın 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ayaz Əhmədov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Göyçay rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə - Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.
O böyük Qələbə günü gəldi...
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın bəyan etdiyi “Qarabağ Azərbaycandır!” həqiqətinin məntiqi nəticəsidir. Burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır. Bu gün biz ermənilərinin bizə qarşı yönəlmiş bir çox terorunun qarşısını “Dəmir yumruq” damğası ilə aldıq. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdim: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Türkiyə-Azərbaycan münasibətlərində hər zaman ulu öndər Heydər Əliyevin “iki dövlət bir millət” şüarını rəhbər tutulub. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.
Son olaraq qəhrəman oğullarımız ele bir tarix yazdılar ki, bu anlar hər bir vətandaşın yaddaşına əbədi olaraq qazıldı. Onların bizə qazandırdığı üstünlüklərin əvəzi ödənməyəcək qədər böyük sərvətlərdir.
Oktyabrın 2-də Prezident cənab İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Müsahibə zamanı müharibədən sonrakı Azərbaycanın qarşısında duran bir çox perspektiv məsələlərə, həmçinin Ermənistanla qarşılıqlı münasibətlərin tənzimlənməsi istiqamətində bir sıra suallara aydınlıq gətirilmişdir. Müasir dövlətlərarası münasibətlər, sülh və təhlükəsizliyin təmin olunması, silahlı münaqişələrin aradan qaldırılması, hərbi cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur. Ümumilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış Azərbaycanin ərazi bütövlüyünə yönəldilən hərbi təcavüzə qarşı mübarizə strategiyası bu gün prezident İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir.
Azərbaycan hökuməti beynəlxalq yardım təşəbbüslərini daim müsbət qarşılamışdır. Amma göstərilən yardımlar təbii ki obyektiv olmalı, balans gözlənilməlidir. Məsələn Avropa ittifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanmasını nəzərdə tutub. Amma müharibədən ziyan çəkmiş ölkə olaraq eyni şərtlərlə həmin həcmdə yardım Azərbaycan üçün də nəzərdə tutulmalıdır. Çünki tamamilə dağıdılmış ərazilərin, yüzlərlə şəhər və kəndlərin, yaşayış məntəqələrində tələbatların, infrastrukturun bərpa olunması külli miqdarda vəsait tələb edir və ümid edirik ki, Avropa ittifaqı bu problemlərin həlli üçün yardım məsələsinə biganə qalmayacaq. Həmçinin onuda vurğulamaq lazımdır ki, Avropa ittifaqı minaların təmizlənməsi və sərhədlərin müəyyənləşdirilməsi istiqamətində yardım göstərməyi təklif edib. Lakin mina xəritələrinin Azərbaycana verilməməsi Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutu olmaqla yanaşı bu prosesin həllində böyük problemlər yaradır. Bu problem tam öz həllini tapmadan mülki əhalinin azad olunan ərazilərə qayıtmasından danışa bilmərik. Bu məsələdə əsas rəqibimiz zamandır, çünki minatəmizləmə prosesində işin böyük bir hissəsini Azərbaycan hökuməti özü edir ki, bu da xeyli vaxt tələb edir. Amma ümid edirik ki, bütün bu qarşıda duran problemlərin öz həllini daha tez bir zamanda tapması üçün Avropa ittifaqı dürüst bir vasitəçi kimi öz iqtisadi dəstəyini bizə təklif edəcəkdir. Lakin qeyd etmək də lazımdır ki, Azərbaycan hökuməti təmizlənmiş ərazilərimizdə artıq yaşayışın bərpa olunması istiqamətində (elektrik enerjisi, su təchizatı, yolların çəkilməsi və s.) xeyli işlər görmüşdür. Bununla belə mülki əhalinin köçürülməsi ilə bağlı dəqiq vaxt söyləmək qeyri-realdır, təbii ki bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Ermənistanın Azərbaycanın erməni hərbi əsirlərin saxlanmasında davamlı ittiham edən yalan və iftira dolu iddiaları onların riyakarlığının, ikiüzlülüyünun bariz nümunəsidir. Azərbaycan beynəlxalq hüququn aliliyinə, məhbusların tutulması əməliyyatları, onlarla rəftara aid beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə riayət etməyə sadiqdir. Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və həmçinin beynəlxalq konvensiyalara əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxmış və geri qaytarmışdır. Lakin döyüş əməliyyatları bitdikdən sonra Ermənistan ərazisindən 60 nəfərdən çox dəstə Azərbaycan ərazisinə daxil olaraq mülki şəxslərə və hərbi qulluqçulara qarşı terror hücumları həyata keçirərək beynəlxalq hüququn prinsiplərini pozmuşdur və Azərbaycan tərəfi haqlı olaraq həmin şəxsləri qanuni əsasda həbsdə saxlayır. Amma 4 may 2021-ci ildə ölkəmiz humanitar addım ataraq saxlanılan şəxslərdən bir neçəsini Ermənistana qaytarmışdır. Ermənistanın davamlı şəkildə məsələni yanlış təqdim etdiyini nəzərə alaraq ölkəmiz saxlanılan şəxslərin şəraiti, onlarla rəftar ilə bağlı şəffaflığı təmin edərək araşdırmanı davam etdirir və bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır.
Azərbaycanla Ermənistan arasında siyasi güc balansı müqayisə olunmazdır. Əgər Ermənistan tərəfi bunu zamanında anlayıb sülh danışıqları ilə razılaşsa idi bu gün siyasi, iqtisadi , hərbi sahədə tənəzzülə uğramazdi. Danılmaz faktdır ki, istər müharibə dövründə, istərsə də müharibədən sonra Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini heç vaxt əsirgəmədi. Həmçinin müharibədən sonra Rusiyada regional inkişafda, sabitliyin qorunmasında çox mühüm rol oynayır. Türkiyə və Rusiya Azərbaycanın 2 qonşusu kimi regionda sabitlik, təhlükəsizlik və gələcək tərəqqi sahəsində çox mühüm rol oynayırlar. Ümid edirik ki, beynəlxalq ictimaiyyət də yaranmış bu yeni mənzərəni nəzərə alacaqdır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 126
- 5 502
- 10-02-2022, 10:36
- 28 421
- 244
- 7-04-2022, 11:57
- 21 590
- 207
- 26-04-2019, 16:16
- 16 148
- 45
- 18-09-2019, 10:29
- 13 662
- 119
- 12-12-2020, 12:00
- 13 396
- 92
- 11-04-2022, 16:00
- 11 861
- 12
- 15-05-2019, 20:27
- 11 084
- 54
- 24-05-2020, 23:28
- 9 993
- 3
- 26-04-2019, 15:39
- 9 484
- 99
- 27-04-2019, 10:08
- 9 054
- 2
- 23-10-2019, 21:00
- 8 070
- 1
- 29-11-2019, 09:00
- 7 917
- 3
- 13-05-2020, 22:05
- 7 775
- 0
- 28-04-2019, 20:56
- 7 541
- 2
- 23-04-2019, 21:57
- 7 313
- 2
- 11-03-2022, 12:24
- 310 126
- 5 502
- 10-02-2022, 10:36
- 28 421
- 244
- 7-04-2022, 11:57
- 21 590
- 207
- 7-11-2019, 09:36
- 6 100
- 125
- 18-09-2019, 10:29
- 13 662
- 119
- 26-04-2019, 15:39
- 9 484
- 99
- 12-12-2020, 12:00
- 13 396
- 92
- 22-12-2021, 14:22
- 4 766
- 58
- 10-02-2023, 10:54
- 4 303
- 57
- 15-05-2019, 20:27
- 11 084
- 54
- 26-04-2019, 16:16
- 16 148
- 45
- 14-01-2020, 09:33
- 6 818
- 20
- 11-04-2022, 16:00
- 11 861
- 12
- 27-03-2021, 14:25
- 4 988
- 7
- 29-11-2021, 09:36
- 4 581
- 5
- 29-09-2020, 11:15
- 5 003
- 5
- 24-09-2020, 11:41
- 5 038
- 5
- 16-05-2019, 14:19
- 6 933
- 5
- 15-05-2019, 09:47
- 5 272
- 5
SOSİAL ŞƏBƏKƏLƏR