Elman Məmmədov: “Regionun lider dövləti olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir
- 25.10.2019, 11:37,
- Gündəm / Siyasət
Baxılıb: 2 791
Facebook
Вконтакте
Одноклассники
Google+
“Regionun lider dövləti olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin qüdrəti mütəmadi olaraq artır. Azərbaycanın dinamik inkişafını, bütün sahələrdə ardıcıl və mühüm nailiyyətlərin əldə olunmasını təmin edən başlıca faktorlardan biri davamlı islahatların həyata keçirilməsidir”. Bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov deyib.
Ölkəmizdə dərin iqtisadi, hüquqi və institusional islahatlar müvəffəqiyyətlə həyata keçirilir. Struktur islahatları da məhz bu islahatların davamıdır. Onun sözlərinə görə, struktur islahatları çərçivəsində dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, bu islahatların nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elman Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədovdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Qarabağ müharibəsi veteranıdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Elman Məmmədov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Elman Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elman Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Elman Məmmədovdan danışdılar. Elman Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….
Elman Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Elman Məmmədov yüksək insanlığı ilə seçilən bir insan və deputatdır!
Elman Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Elman Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Deputat kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda Elman Məmmədov özünü doğruldub. Bizdə hörmətli Elman Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 967
- 5 495
- 10-02-2022, 10:36
- 28 364
- 244
- 7-04-2022, 11:57
- 21 502
- 207
- 26-04-2019, 16:16
- 16 088
- 45
- 18-09-2019, 10:29
- 13 608
- 119
- 12-12-2020, 12:00
- 13 325
- 92
- 11-04-2022, 16:00
- 11 807
- 12
- 15-05-2019, 20:27
- 11 020
- 54
- 24-05-2020, 23:28
- 9 938
- 3
- 26-04-2019, 15:39
- 9 419
- 99
- 27-04-2019, 10:08
- 8 999
- 2
- 23-10-2019, 21:00
- 8 015
- 1
- 29-11-2019, 09:00
- 7 862
- 3
- 13-05-2020, 22:05
- 7 721
- 0
- 28-04-2019, 20:56
- 7 487
- 2
- 23-04-2019, 21:57
- 7 255
- 2
- 11-03-2022, 12:24
- 309 967
- 5 495
- 10-02-2022, 10:36
- 28 364
- 244
- 7-04-2022, 11:57
- 21 502
- 207
- 7-11-2019, 09:36
- 6 010
- 121
- 18-09-2019, 10:29
- 13 608
- 119
- 26-04-2019, 15:39
- 9 419
- 99
- 12-12-2020, 12:00
- 13 325
- 92
- 22-12-2021, 14:22
- 4 701
- 57
- 15-05-2019, 20:27
- 11 020
- 54
- 10-02-2023, 10:54
- 4 208
- 52
- 26-04-2019, 16:16
- 16 088
- 45
- 14-01-2020, 09:33
- 6 764
- 20
- 11-04-2022, 16:00
- 11 807
- 12
- 27-03-2021, 14:25
- 4 934
- 7
- 29-11-2021, 09:36
- 4 527
- 5
- 29-09-2020, 11:15
- 4 947
- 5
- 24-09-2020, 11:41
- 4 984
- 5
- 16-05-2019, 14:19
- 6 879
- 5
- 15-05-2019, 09:47
- 5 218
- 5
SOSİAL ŞƏBƏKƏLƏR