Kremldən kritik zəng, Bakıdan xəbərdarlıq siqnalı: Rusiya “qapı dalında” qala bilər
- 23.11.2021, 10:59,
- Gündəm / Siyasət
Baxılıb: 73
Facebook
Вконтакте
Одноклассники
Google+
Brüssel görüşünü labüd edən səbəblər; Azərbaycan üçün kapitulyant ölkəni kimin ağla gətirəcəyi önəmli deyil; İrəvanın növbəti demarşına Moskvanın cavabı nə olacaq?..
Dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərləri - Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Brüsseldə bir araya gələcək. Görüşün təşkilatçısı Avropa Birliyidir. Doğrudur, yüksək səviyyəli təmas təşkilatın “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin sammiti çərçivəsində reallaşacaq, amma bu da var ki, 11 yanvar 2021-ci il Moskva görüşündən sonra Əliyev və Paşinyan bir araya gəlməyiblər.
Məsələ ondadır ki, Rusiya lideri Vladimir Putin 10 noyabr kapitulyasiya aktının birinci ildönümünə yeni üçtərəfli görüşün təşkilinə təşəbbüs göstərsə də, artıq məlumdur ki, Paşinyan təşəbbüsü, faktiki, boykot və sabotaj edib. Ardınca Azərbaycanla sərhəddə “bir günlük müharibə”yə rəvac verməklə İrəvan vəziyyəti daha da qəlizləşdirdi, situasiyanı təzədən “beynəlmiləlləşdirməyə” çalışdı. Maraqlıdır ki, bundan bir neçə gün sonra Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ildə Brüssel görüşü ilə bağlı razılıq əldə olundu.
*****
Başqa sözlə, Putinin üçtərəfli görüş təklifini rədd edən Paşinyan Avropadan gələn analoji təklifə məmnuniyyətlə “hə” dedi. Əlbəttə ki, belə gedişat Kremlin ürəyincə ola bilməzdi. Çünki Rusiya regionda, “Qarabağ məsələsi”ndə Türkiyə xaric, əlavə qlobal oyunçunun peyda olmasınıb yumşaq desək, arzulamır. Öz geosiyasi üstünlüklərini başqa güclə bölüşmək istəmir.
Həftəsonu Kreml başçısının Ermənistan baş nazirinə telefon zəngi eləməsi bu xüsusda daha çox diqqətçəkən ikinci olay sayıla bilər. Halbuki onların arasında ondan cəmi bir neçə gün əvvəl, sərhəd olayları ilə bağlı telefon danışığı olmuşdu - Paşinyanın xahişi ilə (Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirilir ki, son danışıq zamanı Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər, üstəgəl, Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə Kreml sahibinə minnətdarlıq edib).
Putinin İlham Əliyevə də deyil, yalnız Paşinyana zəng eləməsi, yaxud məhz Paşinyanla danışması göstərir ki, Rusiya prezidenti məhz “sorosçu” baş nazirdən narazıdır. Yaxud ən azından ondan şübhələnir. Bəzi siyasi şərhçilərə görə, Moskva 15 dekabra - Brüssel görüşünədək üçtərəfli görüşün keçirilməsinə çalışacaq. Lakin buna nail olmasa belə, ehtimal olunur ki, Putin son zəngdə Nikol Paşinyana rusların nəzarətindən kənara çıxmağın ona baha başa gələcəyini “anladıb”.
Kremlin İrəvana təzyiq rıçaqları isə N qədərdir. Təkcə yaxınlaşan soyuq qışı və Rusiya qazının qiymətini yada salmaq kifayətdir. Biz hələ Qarabağda faktiki girov durumda qalan bir ovuc erməninin taleyini demirik...
*****
Əslində Rusiyanın moderatorluğu olmadan Azərbaycanla Ermənistan arasında ən yüksək səviyyədə dialoqa yönəlik cəhdlər milli maraqlarımızla uzlaşır. Ən azı, “yumurtaları müxtəlif səbətlərə qoymaq”la onları maksimum qorumaq anlamında. Aydındır ki, Rusiya vasitəçiliyi ilk növbədə öz maraqları naminə edir. Elə Qərbin aparıcı paytaxtları da.
Bizə isə tezliklə bölgədə qalıcı sülhün bərqərar olması lazımdır ki, bu da Ermənistanla sülh müqaviləsi imzalamaqdan, sərhədlərin delimatasiyası və demarkasiyasından keçir. Azərbaycan üçün Ermənistanı kimin yola gətirəcəyi prinsipcə önəmli deyil. Bakı Brüssel görüşünə şəkk-şübhəsiz bu prizmadan baxır.
Di gəl, necə ki, rəsmi Moskva ara-sıra ATƏT-in Minsk Qrupu həmsədrlərini oyuna qoşmağa çalışmaqla Bakıya əlavə təzyiq rıçaqının olduğunu xatırladır və münaqişənin yekun sülh müqaviləsi ilə bitməsinə həvəs göstərmir, Bakı da Brüssel görüşünə razılıq verməklə Kremlı anladır ki, əgər Azərbaycan və Ermənistan arasında ədalətli sülhün bərqərar olmasında Rusiya yetərli səylər göstərməzsə, tələsməzsə və sırf Qarabağda öz hərbi mövcudluğunu davamlı eləmək barədə düşünərsə, o zaman “qapı dalında” qala bilər. Bu mənada Paşinyanın Putinə qarşı demarşı yəqin ki, cavabsız qalmayacaq, ancaq Moskva da “süddən çıxan ağ qaşıq” deyil...
Yəni Rusiya artıq ölkəmizdə öz sülhməramlı kontingentini yerləşdirib deyə, hər şeyin bitdiyini xəyal eləməməli, özünə arxayınlaşmamaldır. Daha dəqiqi, Bakının Brüssel görüşünə razılığı Moskvaya siqnaldır ki, o, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il sənədlərində altına imza atdığı vədlərin nəhayət, reallaşdırmasını sürətləndirsin. Cızığından çıxmağa çalışan satellit Ermənistana və onun rəhbərliyinə öz yerini göstərsin. Vaxt azalır. Ancaq hətta dekabrın 15-dək də nə(lər)sə eləmək olar. Yetər ki, siyasi iradə olsun.
Ermənistana gəlincə, əgər onun rəhbərliyi, konkret olaraq, “iki stul”da oturmağı sevən Paşinyan Brüssel görüşündən də süni şəkildə vaxt udmaq və Bakıya qarşı hansısa əsassız iddia irəli sürmək, o cümlədən vaxtaşırı “status” məsələsini bizə xatırladan Qərbin əli ilə bu məsələni gündəmə qaytarmağa çalışacaqsa, ciddi şəkildə yanılır. Belə siyasi hoqqabazlığın bədəli rəsmi İrəvan üçün “bir günlük müharibə”nin nəticələrindən də ağır ola bilər...
Mənbə: Musavat.com
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 975
- 5 495
- 10-02-2022, 10:36
- 28 366
- 244
- 7-04-2022, 11:57
- 21 509
- 207
- 26-04-2019, 16:16
- 16 090
- 45
- 18-09-2019, 10:29
- 13 610
- 119
- 12-12-2020, 12:00
- 13 327
- 92
- 11-04-2022, 16:00
- 11 809
- 12
- 15-05-2019, 20:27
- 11 022
- 54
- 24-05-2020, 23:28
- 9 940
- 3
- 26-04-2019, 15:39
- 9 422
- 99
- 27-04-2019, 10:08
- 9 001
- 2
- 23-10-2019, 21:00
- 8 017
- 1
- 29-11-2019, 09:00
- 7 864
- 3
- 13-05-2020, 22:05
- 7 723
- 0
- 28-04-2019, 20:56
- 7 489
- 2
- 23-04-2019, 21:57
- 7 257
- 2
- 11-03-2022, 12:24
- 309 975
- 5 495
- 10-02-2022, 10:36
- 28 366
- 244
- 7-04-2022, 11:57
- 21 509
- 207
- 7-11-2019, 09:36
- 6 014
- 121
- 18-09-2019, 10:29
- 13 610
- 119
- 26-04-2019, 15:39
- 9 422
- 99
- 12-12-2020, 12:00
- 13 327
- 92
- 22-12-2021, 14:22
- 4 704
- 57
- 15-05-2019, 20:27
- 11 022
- 54
- 10-02-2023, 10:54
- 4 215
- 53
- 26-04-2019, 16:16
- 16 090
- 45
- 14-01-2020, 09:33
- 6 766
- 20
- 11-04-2022, 16:00
- 11 809
- 12
- 27-03-2021, 14:25
- 4 936
- 7
- 29-11-2021, 09:36
- 4 529
- 5
- 29-09-2020, 11:15
- 4 949
- 5
- 24-09-2020, 11:41
- 4 986
- 5
- 16-05-2019, 14:19
- 6 881
- 5
- 15-05-2019, 09:47
- 5 220
- 5
SOSİAL ŞƏBƏKƏLƏR