Vaqif Həsənov: Dövlət Başçısının verdiyi hər bir qərar, atdığı hər bir addım əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir
- 17.01.2022, 11:24,
- Gündəm / Cəmiyyət
Baxılıb: 95
Facebook
Вконтакте
Одноклассники
Google+
P.S. Bəzi media qurumları şikayət ediblər ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovu tərifləyirlər...Həmin media qurumlarına çatdırırq ki, Biz gördüklərimizi yazırıq...
İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu jurnalist fəaliyyətimdən irəli gəlir.
Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdur. Son vaxtlar Vaqif Həsənov haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də bir Azərbaycanlı kimi Vaqif Həsənovu çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə Vaqif Həsənov haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki, Vaqif Həsənov haqqında yazılar əsasən icra başçısı seçildikdən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Vaqif Həsənovun şəffaf işini görmək istəmir, kimlərsə Vaqif Həsənov haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir jurnalist alət edilir.
Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün xalqı çaşdırmaq Vaqif Həsənovu əhalinin və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan və şantaj xarakterli yazılardan istifadə edirlər.
Vaqif Həsənova aidiyyəti olmayan məsələdə nöqsan axtarıb Vaqif Həsənovu günahlandırmaq vicdansızlıqdır.
Sonda isə o şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki bu gün Vaqif Həsənov ilə əhali arasında inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Yaxşı olar ki öz pis əməllərinizi, kimlərinsə çirkin maraqlarını həyata keçirmək üçün başqa ünvan seçəsiniz.
****
Azərbaycanda həyata keçirilən siyasətin əsasını əhalinin sosial rifahının yüksəldilməsi amili təşkil edir, bu siyasətin mərkəzində insan amili dayanır. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin müəllifi Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur.
Bunu Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Hesablamalar göstərir ki, ötən illərdə mütəmadi olaraq Azərbaycan dövləti tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə çoxlu sosial paketlər həyata keçirilib, bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqqlarının, təqaüdlərin davamlı şəkildə artırılması, ölkədə sosial infrastruktur lahiyələrinin ən müasir standartlara cavab verən səviyyədə formalaşdırılması, şəhid ailələrinə, müharibə veteranlarına, keçmiş məcburi köçkünlərə yaşayış şəraitinin və sosial rifahının yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.
Ruh yüksəkliyi ilə qeyd etməliyik ki, əvvəlki illərdə böyük məbləğdə və milyonlarla insanı əhatə edən sosial paketlər, iqtisadi islahatlar nəticəsində əldə olunan gəlirlər bilavasitə əhalinin rifahının yüksəldilməsinə yönəldilib. 2022-ci ilin əvvəlindən sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, 1,5 milyard manat vəsaitə başa gələn və 2.1 milyon insanı əhatə edən növbəti sosial paketin həyata keçirilməsi bunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ölkəmizin iqtisadi gücünün artırılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi ən qısa zamanda keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmalarını təmin edəcək.
2022-ci ildə də dövlətimiz tərəfindən sosial ödənişlər, sosial paketlər və islahatlar davam etdiriləcək. Əldə edilən gəlirlər vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönləndiləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəlməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsinin və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 114
- 5 501
- 10-02-2022, 10:36
- 28 414
- 244
- 7-04-2022, 11:57
- 21 581
- 207
- 26-04-2019, 16:16
- 16 141
- 45
- 18-09-2019, 10:29
- 13 655
- 119
- 12-12-2020, 12:00
- 13 386
- 92
- 11-04-2022, 16:00
- 11 854
- 12
- 15-05-2019, 20:27
- 11 077
- 54
- 24-05-2020, 23:28
- 9 986
- 3
- 26-04-2019, 15:39
- 9 477
- 99
- 27-04-2019, 10:08
- 9 047
- 2
- 23-10-2019, 21:00
- 8 063
- 1
- 29-11-2019, 09:00
- 7 910
- 3
- 13-05-2020, 22:05
- 7 768
- 0
- 28-04-2019, 20:56
- 7 534
- 2
- 23-04-2019, 21:57
- 7 306
- 2
- 11-03-2022, 12:24
- 310 114
- 5 501
- 10-02-2022, 10:36
- 28 414
- 244
- 7-04-2022, 11:57
- 21 581
- 207
- 7-11-2019, 09:36
- 6 093
- 125
- 18-09-2019, 10:29
- 13 655
- 119
- 26-04-2019, 15:39
- 9 477
- 99
- 12-12-2020, 12:00
- 13 386
- 92
- 10-02-2023, 10:54
- 4 295
- 57
- 22-12-2021, 14:22
- 4 752
- 57
- 15-05-2019, 20:27
- 11 077
- 54
- 26-04-2019, 16:16
- 16 141
- 45
- 14-01-2020, 09:33
- 6 811
- 20
- 11-04-2022, 16:00
- 11 854
- 12
- 27-03-2021, 14:25
- 4 981
- 7
- 29-11-2021, 09:36
- 4 574
- 5
- 29-09-2020, 11:15
- 4 996
- 5
- 24-09-2020, 11:41
- 5 031
- 5
- 16-05-2019, 14:19
- 6 926
- 5
- 15-05-2019, 09:47
- 5 265
- 5
SOSİAL ŞƏBƏKƏLƏR