Fəxrəddin Məmmədov: “Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşmişdir”
- 03.02.2022, 10:44,
- Gündəm / Cəmiyyət
Baxılıb: 90
Facebook
Вконтакте
Одноклассники
Google+
Xətai Mənzil Kommunal Təsərrüfat birliyinin rəisi Fəxrəddin Məmmədov - Hər il fevralın 2-si Azərbaycanda gənclər günü kimi qeyd olunur. Bu tarixin Gənclər Günü elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz onun 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. 1996-cı il fevralın 2-də isə məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gənclik vətənini, torpağını sevən, üçrəngli bayrağımızı qürurla dalğalandıran gənclikdir.
Azərbaycanda bu gəncliyin yetişməsinə xidmət edən və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.
Daim gənclərin inkişafını diqqətdə saxlayan Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam da imzaladı. Proqram çərçivəsində 5000 gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədini qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır. Ölkəmizdə gənclər ön plana çəkilir, bütün sahələrdə inkişaf edir, irəliləyir. Bu gün gənclərimiz incəsənət, təhsil, tibb, sosial innovasiyalar, idman və hərbi sahələrdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilir. Yeni açılan iş yerlərində gənclərə üstünlük verilir. Gənclər müxtəlif yüksək vəzifələrə gətirilir. DOST agentliyi və ASAN xidmət mərkəzlərinin işçi heyəti gənclərdən ibarətdir. 44 günlük Vətən müharibəsində isə onların döyüş əzmi, sədası ölkə sərhədlərini aşdı. Vətən müharibəsi zamanı hər birimiz Azərbaycan gəncliyinin göstərdiyi rəşadətin şahidi olduq. Bütün bunlar hamısı ondan xəbər verir ki, Azərbaycan gəncliyi dövlətin möhkəmləndirilməsində, onun inkişaf etdirilməsində üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir.
Bu gün Azərbaycan gəncliyinin qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə isə mübariz, qəhrəman, vətənpərvər və intellektual gəncliyimizlə xalqımızın, ölkəmizin beynəlxaql aləmdə, dünya xalqları arasında öz mövqeyini daha da möhkəmləndirməsi və yüksəltməsidir. Gənclərimizi təbrik edir və onlara Azərbaycan naminə mübarizələrində uğurlar arzu edirəm.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 053
- 5 499
- 10-02-2022, 10:36
- 28 389
- 244
- 7-04-2022, 11:57
- 21 543
- 207
- 26-04-2019, 16:16
- 16 115
- 45
- 18-09-2019, 10:29
- 13 632
- 119
- 12-12-2020, 12:00
- 13 354
- 92
- 11-04-2022, 16:00
- 11 831
- 12
- 15-05-2019, 20:27
- 11 051
- 54
- 24-05-2020, 23:28
- 9 963
- 3
- 26-04-2019, 15:39
- 9 447
- 99
- 27-04-2019, 10:08
- 9 023
- 2
- 23-10-2019, 21:00
- 8 039
- 1
- 29-11-2019, 09:00
- 7 887
- 3
- 13-05-2020, 22:05
- 7 745
- 0
- 28-04-2019, 20:56
- 7 511
- 2
- 23-04-2019, 21:57
- 7 279
- 2
- 11-03-2022, 12:24
- 310 053
- 5 499
- 10-02-2022, 10:36
- 28 389
- 244
- 7-04-2022, 11:57
- 21 543
- 207
- 7-11-2019, 09:36
- 6 058
- 124
- 18-09-2019, 10:29
- 13 632
- 119
- 26-04-2019, 15:39
- 9 447
- 99
- 12-12-2020, 12:00
- 13 354
- 92
- 22-12-2021, 14:22
- 4 729
- 57
- 10-02-2023, 10:54
- 4 255
- 54
- 15-05-2019, 20:27
- 11 051
- 54
- 26-04-2019, 16:16
- 16 115
- 45
- 14-01-2020, 09:33
- 6 788
- 20
- 11-04-2022, 16:00
- 11 831
- 12
- 27-03-2021, 14:25
- 4 958
- 7
- 29-11-2021, 09:36
- 4 551
- 5
- 29-09-2020, 11:15
- 4 973
- 5
- 24-09-2020, 11:41
- 5 008
- 5
- 16-05-2019, 14:19
- 6 903
- 5
- 15-05-2019, 09:47
- 5 242
- 5
SOSİAL ŞƏBƏKƏLƏR