Rəşad Cəbrayılov: 31 Mart soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır
- 30.03.2022, 10:53,
- Gündəm / Cəmiyyət
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Salyan rayon başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - Müdrik Azərbaycan xalqı heç də hamar olmayan müstəqillik yollarında çox üzüntülər yaşamış, saysız – hesabsız faciələrə, soyqırımlara, qətliamlara məruz qalmış, çox müsibətlərə, terrora, haqsızlığa, ədalətsizliyə sinə gərmiş və nəticədə bu şərəfli yolda yüz minlərlə soydaşımız qətlə yetirilmişdir.
1918-ci ilin mart – iyul aylarında erməni – bolşevik silahlı dəstələri tərəfindən Azərbaycanın bütün ərazilərində Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Qarabağda, Zəngəzurda, Lənkəranda xalqımıza qarşı xüsusi qəddarlıqla, dəhşətli soyqırımı aktı törədilmişdir. Nəticədə cəmi beş ay ərzində 50 mindən çox soydaşımız erməni quldur dəstələrinin, erməni faşizminin qurbanlarına çevrilmişdir.
İllər boyu Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımların, faciələrin, qətliamların tariximizin qan yaddaşından silinməməsi, unudulmaması üçün, gələcək nəsillərə çatdırılması məqsədi ilə 26 mart 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanmışdır. Odur ki 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Bu soyqırımda qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. Belə ki, təkcə 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində erməni daşnaqları tərəfindən otuz mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə həmyerlimiz öz doğma yurd – yuvasından qovulmuşdur. Əllərinə əlverişli fürsət düşən erməni cəlladları on minlərlə azərbaycanlı uşaq, qoca, qadınlarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları da xüsusi qəddarlıqla qətlə yetirmiş, diri – diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri, qəbristanlıqları dağıtmışlar. Bu dinc insanların qırğınında Bakı Sovetinin altı minlik silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının dörd minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni quldurları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Bununla da “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədi ilə erməni millətçiləri və daşnak – bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınla yanaşı, etnik təmizləmə və deportasiya siyasəti də həyata keçirilmişdir.
Həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı, o ərazidə 20 mindən artıq insanın qətlə yetirildiyi və 18 mindən artıq insanın didərgin düşdüyü araşdırılıb. Quba qəzası üzrə ümumilikdə 122 kəndin tamamilə dağıdıldığı və öldürülənlərin sayının isə dörd mindən artıq olduğu bildirilir.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə bağlı aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Tibbi ekspertiza nəticəsində aşkarlandı ki, məzarlıqda hətta uşaqlara və qadınlara da aid olan 500-dək insan kəlləsi vardı. Bu qalıqların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bununla da, 1918-ci ilin mart soyqırımlarının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, hətta bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu sübut olundu. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinə ötürülməsi və soyqırımı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar verildi. 2013-cü il sentyabrın 18-də 5 hissədən ibarət 3,5 hektar ümumi sahəsi olan Memorial Kompleksin açılışı oldu. Erməni – bolşevik silahlı dəstələri tərəfindən 100 il əvvəl azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasına, həmçinin erməni faşizminin bir daha ifşasına xidmət edən ölkə Prezidenti tərəfindən 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı.
Son iki əsrdə erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlardan qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. İllərdi ki, bu xülya ilə yaşayan ermənilərin arzusu məhz, xalqımızın 44 günlük Şanlı Vətən müharibəsində qazandığı misilsiz Qələbəsi ilə ömürlük olaraq onların ürəyində qaldı. 30 il işğal altında olan torpaqlarımız, doğma Qarabağımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu, necə deyərlər, “Dəmir Yumruq” qalib gəldi. Mart ayının 24-də qüdrətli ordumuzun səyi nəticəsində Fərrux kəndinin, eləcə də onun ətrafındakı yüksəkliklərin Azərbaycanın nəzarəti altına keçməsi xalqımız tərəfindən Qələbənin davamı kimi qiymətləndirilir. Əlbəttə ki, tarixin ağır sınaqlarından çıxmış müdrik xalqımız möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman-zaman yeni-yeni uğurlara, nailiyyətlərə, Qələbələrə imza atmaqdadır. Bu da onu göstərir ki, artıq nəinki 31 mart – Soyqırımının, eləcə də digər faciə, soyqırım, qətliam qurbanlarının, həmçinin ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canından keçmiş bütün qəhrəman oğul və qızlarımızın, bütün şəhidlərimizin qisası artıqlaması ilə alındı, onların qanı yerdə qalmadı !
Allah bütün şəhidlərimizə, faciə, soyqırımı qurbanlarına rəhmət eləsin !
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 24-05-2020, 23:28
- 9 947
- 3
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 27-04-2019, 10:08
- 9 008
- 2
- 23-10-2019, 21:00
- 8 024
- 1
- 29-11-2019, 09:00
- 7 871
- 3
- 13-05-2020, 22:05
- 7 730
- 0
- 28-04-2019, 20:56
- 7 496
- 2
- 23-04-2019, 21:57
- 7 264
- 2
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 7-11-2019, 09:36
- 6 028
- 122
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 22-12-2021, 14:22
- 4 713
- 57
- 10-02-2023, 10:54
- 4 233
- 54
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 14-01-2020, 09:33
- 6 773
- 20
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 27-03-2021, 14:25
- 4 943
- 7
- 29-11-2021, 09:36
- 4 536
- 5
- 29-09-2020, 11:15
- 4 958
- 5
- 24-09-2020, 11:41
- 4 993
- 5
- 16-05-2019, 14:19
- 6 888
- 5
- 15-05-2019, 09:47
- 5 227
- 5
SOSİAL ŞƏBƏKƏLƏR