• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İslam İsmayılov: Uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb

İslam İsmayılov: Uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb



Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılovdur.

Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İslam İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. İslam İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İslam İsmayılovdan danışdılar yaxşı ki, İslam İsmayılov Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi təyin olunub… İslam İsmayılov öz isguzarlığı ilə tanınır və seçilir….

İslam İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılov - Prezident İlham Əliyevin aprelin 12-də cari ilin birinci rübünün yekunları ilə bağlı müşavirədəki nitqi mətbuatda əsas müzakirə mövzusuna çevrilib. Dövlət başçısı ölkə həyatının bütün istiqamətləri üzrə mövcud durumu, qarşıda dayanan vəzifələri dəqiqliklə ifadə edərək respublikamızın daxili və xarici siyasətdə, iqtisadi-ticari və s. münasibətlərdə yeni çağırışlara necə hazırlandığını, Azərbaycanın yeni dünya düzənindəki layiqli yerini, rolunu diqqətə çatdırdı. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərlə yaratdığımız yeni reallıqlar, ötən bir ildən artıq dövrdə görülmüş işlər əsas götürülərək, müharibə öncəsi və sonrakı dönəmdə fəaliyyətin mahiyyəti açıqlandı.

Müşavirədə Müzəffər Ali Baş Komandan bir çox məqamlara toxundu. Bunlardan biri beynəlxalq təşkilatlarla bağlı idi. Cənab Prezident qeyd etdi ki, Minsk” qrupuna münaqişənin həlli üçün verilən mandat de-fakto olaraq etibarsız sayılır. Minsk qrupu 28 il fəaliyyətdə olmuş, Azərbaycana və Ermənistana yüzlərlə səfər etmişlər. Nəticədə isə Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT 30 ildə ədalətli qərarlar qəbul etsə də qələbəyə qədər kağız üzərində qalmışdır. Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Artıq münaqişə həll olunub. Avropa İttifaqı tərəflərin normallaşması ilə məşğuldur və son 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 30 illiyi münasibətilə Şuşa şəhərində beynəlxalq tədbir keçirildi. Bu tədbirin Şuşada keçirilməsi Ermənistanda növbəti panikaya səbəb olmuşdur. BMT-dən sonra ən böyük təsisatlardan biri Qoşulmama Hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Bu təşkilat birmənalı olaraq işğal dövründə, həm müharibə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyini elan edəndən sonra daxil olduğu ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İşğal dövründə tarixi-dini abidələrimizin dağıdılmasına etiraz olaraq qurum dəfələrlə qətnamələr qəbul etmişdir. 6 aprel Brüssel görüşü göstərdi ki, ATƏT yeni reallıqları qəbul edir. Bu çox əlamətdar hadisədir. ATƏT beynəlxalq təşkilat kimi Azərbaycan-Ermənistan əlaqələrinin normalaşmasına kömək edə bilər. 30 ilə yaxın müddətdə ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbətinin baş tutması da özünəməxsus müsbət hadisədir. Ermənistan üçüncü tərəfin iştirakı olmadan birbaşa danışıqlarda nə qədər konstruktivlik nümayiş etdirsə, bu, ilk növbədə, onun özü, eyni zamanda, münasibətlərin normallaşdırılması üçün yaxşıdır. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. İndi hər kəsə aydındır ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normalaşdırmadan Ermənistan inkişaf edə bilməz. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.

Ölkə Prezidenti müşavirədə vurğuladı ki, bölgədə sülhün bərqərar olması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollar dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilib. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost kimi qiymətləndirəcək.

Əlbəttə, müharibədən əvvəl reallaşdırılan iqtisadi layihələrin Qələbəmiz üçün əhəmiyyəti çox böyükdür. Hər birimiz üçün qürurvericidir ki, müşavirədə ölkəmizin xarici ticarət dövriyyəsinin 60 faizdən çox artdığı bildirildi. Dövlət büdcəsi profisitlə icra olunur. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan, gömrük orqanları isə 200 milyon manatdan çox vəsait toplayıblar. Bəli, bütün bu uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb.

Bütün məqsədlər Cənubi Qafqazda sülhün əmin-amanlığın yaradılmasına, müharibə risklərinin azalmasına, insanların rahat yaşamasına xidmət etməlidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 16
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 055
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 745
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter