• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Zöhrab Camalov: Azərbaycan beynəlxalq səviyyədə qalib ölkə statusunu möhkəmləndirib

Zöhrab Camalov: Azərbaycan beynəlxalq səviyyədə qalib ölkə statusunu möhkəmləndirib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beylaqan rayon bölməsinin rəis polkovnik Zöhrab Camalov - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu və qüdrətli ordu formalaşdırılması prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən əvvəlki illərdə olduğu kimi son 10 ildə də böyük uğurla davam və inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib. Yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrimizin müntəzəm inkişafı, onun döyüş qabiliyyətinin sürətlə artırılması, maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması, dövlət başçısının bütün bu işlərə hər zaman uzaqgörən rəhbər diqqəti göstərməsi Azərbaycan xalqını ən böyük qələbəyə - 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə qovuşdurub. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi Azərbaycanın zəngin tarixinə ən parlaq səhifə kimi əbədi həkk olunub. Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul mən¬təqələrinə göndərilməsi Xidmət tərəfindən müvəffəqiyyətlə həyata keçirilib. SHXÇDX yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə yaradılmış “Zəfər” altsistemi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müvafiq işlər görülüb.

2021-ci il ölkəmiz üçün əlamətdar il olaraq yadda qalıb. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, regionda sülh və sabitliyin təminatçısı kimi çıxış edən qalib ölkə statusunu daha da möhkəmləndirmişdir. Döyüş meydanında düşməni cəmi 44 gün ərzində məharətlə məğlub edən Azərbaycan 2020-ci ilin payızında 30 illik erməni işğalına son qoyub, işğaldan azad edilmiş ərazilərdə dərhal bərpa işlərinə başlamışdır. Cəmi bir il ərzində işğaldan azad edilən ərazilərimizdə çox böyük işlər görülüb. Azərbaycan, qonşu dövlətlərin də marağında olduğu və regionun inkişafına xidmət edəcək “3+3” platforması kimi təşəbbüslərlə, layihələrlə çıxış edib.

Azərbaycan aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən İslam Həmrəyliyi Təşkilatı, sədrlik etdiyi Qoşulmama Hərəkatı, BMT, Avropa İttifaqı və bir çox başqa qurumlarla əməkdaşlığı davam etdirməklə, regionda inkişaf edən yeni geosiyasi reallığın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinə nail olmuşdur. 2022-ci ildə məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığın 30 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının bayrağı Qarabağda Azərbaycan bayrağının yanında dalğalanır. Bu, çox əlamətdar hadisədir.

Bu ilin martında Pakistanda keçirilən Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyası zamanı Azərbaycanın mövqeyini dəstəkləyən dörd qətnamə, o cümlədən Azərbaycanın tarixi və dini abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı mühüm qətnamələr qəbul edilib. Qarabağ bölgəsində və Şərqi Zəngəzurda aparılan bərpa işlərində daha çox ölkə və xarici şirkətlər iştirak etməkdə maraqlıdırlar. İnkişaf beynəlxalq standartlara uyğun aparılır, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri həyata keçirilir, bərpa olunan enerji mənbələrinə də diqqət yetirilir. Eyni zamanda, Azərbaycan hər şeyi öz gücü və resursları ilə həyata keçirir ki, bu da dövlətin həyat qabiliyyətini və sabitliyini önə çəkir. Prezident İlham Əliyevin münaqişədən sonrakı dövr üçün sülh gündəmində nəzərdə tutduğu bütün məsələlər qlobal səviyyədə dəstəklənir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təxminən bir ilə yaxındır ki, sülh müqaviləsinin imzalanması prosesinə maneələr yaratmağa cəhd edən və regionda nəqliyyat kommunikasiyalarının, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran Ermənistan nəhayət başqa çıxış yolunun olmadığını başa düşür. Avropa İttifaqının dəstəyi ilə Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların yeni mexanizmi və formatı formalaşdırılır. Xüsusilə qeyd etmək lazımdır ki, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi və ya ATƏT-in Minsk qrupunun adının çəkilməsi tarixdə qalmışdır. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına işarə edəcək sənədlərdə əsas şərt Azərbaycanın ərazi bütövlüyünün tanınması olacaq. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onlara baha başa gəlib. Bu, Ermənistanın özündə də qəbul edilməyə başlanıb. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanın sülh sazişinin əsas prinsipləri ilə bağlı fikirlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq əminliklə demək olar ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi baxımdan da, diplomatik baxımından da mütləq qələbəyə nail olub, bu da ölkənin nüfuzunu dünya siyasətinin ən yüksək tribunalarında daha da gücləndirib.

Təzəkənd kəndində Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların məzarları ziyarət edilib

Zöhrab Camalov: Azərbaycan beynəlxalq səviyyədə qalib ölkə statusunu möhkəmləndirib


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə və müəssisə rəhbərləri şəhid ailələri ilə birlikdə Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Təzəkənd kəndindən olan Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxuyaraq əziz xatirələri ehtiramla yad etmişlər.
Daha sonra Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə inşa edilmiş abidə ziyarət olunmuş, önünə gül dəstələri düzülərək ruhlarına dualar oxunmuşdur.

Zöhrab Camalov: Azərbaycan beynəlxalq səviyyədə qalib ölkə statusunu möhkəmləndiribZöhrab Camalov: Azərbaycan beynəlxalq səviyyədə qalib ölkə statusunu möhkəmləndirib
Zöhrab Camalov: Azərbaycan beynəlxalq səviyyədə qalib ölkə statusunu möhkəmləndirib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 16
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 055
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 745
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter