• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Zaman Novruzov: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir

Zaman Novruzov: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov - Azərbaycan və Qazaxıstan dəmir yolları arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Zaman Novruzov: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir


“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat, logistika və tranzit potensialını, eləcə də dəmir yolları şəbəkəsinin genişləndirilməsi və yenidənqurulması istiqamətində görülən işlərlə bağlı təqdimat edilib. Qonaqlar dəmir yollarının müxtəlif sahələrində aparılan irimiqyaslı layihələri əks etdirən videoçarxla tanış olublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkənin polad magistralında həyata keçirilən islahatlar, Qarabağda başlanılan quruculuq işləri çərçivəsində bərpa edilən dəmir yolu xətləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan geosiyasi mövqeyindən istifadə edərək, əsas nəqliyyat “hab”ına çevrilir.



Nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini, Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan Azərbaycana səfərləri çərçivəsində müxtəlif mövzularda müzakirələrdə iştirak etdiklərini bildirib. Qonaq Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gələcək inkişafı, bu dəhliz vasitəsilə daşımaların optimallaşdırılması, multimodal daşımaların çevik və sürətli həyat keçirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə və Avropaya, həmçinin əks istiqamətdə yüklərin çatdırılma müddətini və məsafəsini qısaltmağa imkan verir.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev hər iki ölkənin nəqliyyat-tranzit imkanları, eləcə də dəmir yolları ilə yükdaşımaların müsbət dinamikasına diqqət çəkib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni tranzit imkanlarına yol açır. Qazaxıstan bütün sahələrdə olduğu kimi nəqliyyat sektorunda da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Görüş iştirakçıları beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi və həmin dəhlizlər üzrə daşımaların həcminin, tranzit potensialının artırılması istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparıblar. Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri müxtəlif mövzular ətrafında müzakirələr ediblər.

Zaman Novruzov: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov - Dövlət quruculuğu prosesini sürətlə keçən Azərbaycan bu gün də davamlı şəkildə inkişaf edir, daha da qüdrətlənir. Buna səbəb ulu öndər Heydər Əliyevin müdrik ideyalarının və müəllifi olduğu təməl prinsiplərin dövlət başçısı cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yüksək peşəkarlıqla reallaşdırılması və xalq-iqtidar birliyidir. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Aparılan uğurlu siyasət ictimaiyyət tərəfindən dəstəklənir və bu siyasət real, konkret nəticələrə gətirib çıxarır. 19 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev bildirir ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bir məqamı da nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir.

Ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik dövrü bütün sahələrdə köklü islahatların aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlanaraq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, eləcə də yeni kadr təyinatlarının həyata keçirilməsi, bir sözlə hərtərəfli tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir. Dərinləşən islahatlar fonunda Azərbaycan inkişaf tempini qoruyub saxlamış, iqtisadiyyatı uğurla şaxələndirmiş, regional və qlobal təhlükəsizlik məsələlərində sabitləşdirici faktor kimi çıxış etmişdir. Transmilli layihələrin gerçəkləşməsi, ölkə iqtisadiyyatına irimiqyaslı sərmayələrin yatırılması ölkəmizin strateji maraqlarını təmin etmişdir. Əməkdaşlıqda bərabərhüquqlu tərəfdaş prinsipi prioritet seçildiyindən, ölkəmiz regionun və dünyanın böyük iqtisadi layihələrinin əsas iştirakçılarından birinə və etibarlı tərəfdaşa çevrilmişdir.

Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir.

Keçirilən Qurultay dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqına Zəfər yaraşır. Zəfər Qurultayı xalqımızın necə böyük, məğrur və qəhrəman olduğunu bütün dünyaya nümayiş etdirdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 19
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 058
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 748
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter