• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rəşad Cəbrayılov: Brüssel görüşü bir daha Azərbaycanın dəyişməyən mövqeyini təsdiqlədi

Rəşad Cəbrayılov: Brüssel görüşü bir daha Azərbaycanın dəyişməyən mövqeyini təsdiqlədi


Salyan rayon başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü zamanı müzakirə edilən məsələlər, həmçinin əldə olunan razılaşmalar bölgədə sülhün yaranması istiqamətində atılan növbəti addımdır. Sülhə nail olmaq üçün tərəflərin reallığı düzgün dəyərləndirməsindən çox asılıdır. Ölkə başçısı Vətən müharibəsindən dərhal sonra sülh razılaşması məsələsini gündəliyə gətirdi. Bununla bağlı təkliflərini geniş ictimaiyyətə açıqladı. Ermənistandan fərqli olaraq, sistemli və ardıcıl yanaşma nümayiş etdirdi. Lakin qarşı tərəf hər dəfə süni maneələr yaradaraq prosesi uzadır. Burada diqqət çəkən bir neçə məqam var: onlardan birincisi, Ermənistan müstəqil siyasət apara bilirmi? İkincisi, Ermənistan Hökuməti öz cəmiyyətinə, vətəndaşlarına yeni reallığı qəbul etdirməyi bacarırmı? Ermənistanda baş verən hadisələr, ictimai-siyasi proseslər, baş nazir Paşinyanın və Ermənistan Hökumətinin digər rəhbərlərinin çıxışları, verdikləri bəyanatlar bir daha göstərir ki, Ermənistan bütün imkanlardan istifadə edir ki, sülh prosesinə maneə yaratsın. Lakin bu da bir həqiqətdir ki, bu yanaşma ilə Ermənistan hər keçən gün öz vəziyyətini daha da mürəkkəbləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində Ermənistana təzyiq daha da güclənir. Mayın 22-də “Brüssel formatı” çərçivəsində danışıqların nəticəsi ilə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin verdiyi bəyanat bunun bariz nümunəsidir. Bu görüşdə Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə anlaşıblar və yaxın həftələrdə xarici işlər nazirlərinin başçılığı ilə nümayəndə heyətləri bu prosesi həyata keçirəcəklər. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təklif etdiyi sənəd əsas götürülür. Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində Brüsseldə keçirilən görüş barədə məlumat verərkən qeyd edib. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan təqdim olunan beş prinsip əsas götürlür. Qeyd etmək lazımdır ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü beş təməl prinsipi BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və dünyada mövcud olan beynəlxalq təcrübəyə, eləcə də sivil davranış normalarına əsaslanır.

Bəyanata əsasən, əldə olunan anlaşmaya əsasən Sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclasında dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq və delimitasiya, sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər müzakirəyə çıxarılacaq. Artıq danışıqlarin ilk nəticəsi kimi, dünən Prezident cənab İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzaladı. Və Dövlət Komissiyasının tərkibi müəyyən olundu. Oxşar sənədi Ermənistanın Baş naziri Paşinyan da imzalamışdır.

Həmçinin kommunikasiya, nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq əldə edilib və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər. Burada vacib məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə olunmasıdır. Prezident Şarl Mişelin bəyanatına əsasən, iyul-avqust aylarına planlaşdırılan növbəti görüşə qədər kommunikasiyaların açılması istiqamətində daha konkret ikitərəfli müzakirələr aparılacaq, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və başqa məsələlərlə bağlı irəliləyişlər baş verəcək. Eyni zamanda, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə müzakirələr intensivləşəcək, əldə olunan razılaşmaların gerçəkləşməsi ilə bağlı proses daha aktiv mərhələyə keçəcək.

Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də təqdir olunmalı məqamdır və rəsmi Bakı hər zaman bu məsələ ilə bağlı işlərin aparılmasına dəstək verib. Üçtərəfli görüşdə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də yenidən müzakirə olunub ki, bunlar da xüsusi önəm daşıyan məqamlardır. Ölkə başçısı bütün səviyyələrdə, görüş və tədbirlərdə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızla bağlı məsələni səsləndirir, dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edir. Və əlbəttə ki, danışıqların əsas mövzularından biri də həmin insanların taleyidir. Məlumdur ki, Ermənistan hər dəfə bu məsələdən yayınır. Çünki beynəlxalq aləm onların əsl simasını görəcək, insanlığa yaraşmayan cinayətlərin üstü açılacaq. Həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinin sürətləndirilməsi də müzakirə olunan məsələlər sırasındadır. Qarşı tərəfin təqdim etdiyi xəritələrin böyük faizi səhvdir, eyni zamanda, bu sahədə Azərbaycana lazımı dəstək göstərilmir.

Avropa İttifaqı prezidenti bu dəfə də “Dağlıq Qarabağ konflikti”, “Minsk Qrupu”, həmçinin erməni rəsmiləri kimi “status məsələsi” ifadələri işlətmədi Şarl Mişel “Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyini” vurğuladı. Lakin, Mişel "Dağlıq Qarabağ" yox, "Qarabağ" , "xalq" yox, "Qarabağın erməni əhalisi" dedi. Bu, olduqca vacib məqamdır. Çünki öz müqəddəratını təyin etmə prinsipi ancaq xalqlara aiddir. Azərbaycan dövləti həmişə öz erməni əsilli vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin eləməyə hazır olduğunu bəyan edib.

5 saat davam edən Brüssel görüşünün nəticələri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Ölkəmiz postmüharibə dövründə irəli sürdüyü təkliflərə sadiqdir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ümid edirik ki, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini bilən Ermənistan da üzərinə düşən vəzifələri yerinə yetirmək üçün real addımlar atacaq və normallaşma prosesini süni şəkildə uzatmaqdan çəkinəcəkdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 19
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 058
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 748
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter