• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Baba Rzayev: 14 iyul 1969-cu ildən başlanan inkişaf yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır

Baba Rzayev: 14 iyul 1969-cu ildən başlanan inkişaf yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə respublikamızda siyasi hakimiyyətə gəlişindən bəhs edərək bildirib ki, bu mühüm siyasi hadisə ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı: “Azərbaycanda böyük intibahın təməli qoyuldu. Ulu Öndərin əzmkar fəaliyyəti Azərbaycanı qısa müddətdə keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına yönəldilməklə yanaşı, eyni zamanda, gələcək müstəqilliyimizin təmin olunmasına xidmət etdi.”

1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşayanda da xalq yeganə xilaskar kimi ümummilli lider Heydər Əliyevi hakimiyyətdə görmək istədi.

“Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünü xarakterizə edən, bugünümüz və gələcəyimiz üçün biri-birindən mühüm uğurlarımızı şərtləndirən əsas amillər xalqın Ümummilli Liderə inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və Onun Vətəninə, xalqına, torpağına bağlılığı, sonsuz sevgisi idi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, mənim üçün hər şeydən əziz xalqımdır, Vətənimdir, torpağımdır. Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək gördüyü işlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Gələcəyimiz kimi dəyərləndirilən gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, ümumilikdə azərbaycançılıq ideologiyasının, milli şüurun inkişafı bugünümüzə hesablanmış addımlardır. O illəri bütün sahələrdə yüksəliş dövrü kimi xarakterizə edə bilərik”.

Milli sərvətimiz olan Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra gündəmin əsas məsələsi oldu: “Ümummilli Lider bildirirdi ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında maddə daxil edildi. Ümumilikdə ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət göstərilirdi ki, bu Onun Vətən, xalq sevgisindən, böyük azərbaycanlı olmasından irəli gəlirdi. Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” tezisi bütün dövrlərdə öz aktuallığını qorumaqla yanaşı, hər bir azərbaycanlının həyat amalına çevrilib. Ümummilli Liderin bu fikrinə söykənərək onu da böyük fəxr və qürir hissi ilə qeyd edirik ki, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Dünya azərbaycanlılarının V qurultayı tarixə Zəfər Qurultayı kimi yazıldı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın 30 ildən sonra Şuşada bir araya gəlib postmünaqişə dövründə qarşıda dayanan vəzifələri müzakirə etmələri qürurverici, eyni zamanda, siyasi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirildi. Bütün bunlar 1969-cu il 14 iyul tarixindən başlanan Heydər Əliyev yolunun uğurlarıdır.”

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev onu da vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi: “Hər zaman torpağına, xalqına, Vətəninə bağlı olan, gələcəyi barədə düşünən Ümummilli Lider bu çətin məqamda da xalqının yanında oldu, düşünülmüş və məqsədyönlü siyasəti ilə müstəqilliyimizin daimiliyini, əbədiliyini təmin etdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Hərtərəfli inkişafı təmin etmək üçün bütün zəruri addımlar atıldı. Azərbaycan qısa müddətdə Günəş kimi parladı.”

“Dahi şəxsiyyət Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında ən böyük xidmətlərindən biri adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazan cənab İlham Əliyev kimi Lideri yetişdirməsidir. Ümummilli Lider 2003-cü ildə dövlətin, xalqın gələcəyi üçün növbəti inamın ünvanını belə təqdim etdi ki, mən Ona özüm qədər inanıram. Bu ünvan cənab İlham Əliyev və ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası idi. Son 18 ildən artıq dövrdə Azərbaycanın qazandığı nailiyyətlər Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyinin təsdiqidir. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, torpaq, Vətən sevgisi sayəsində 30 ilin işğalına 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Qarabağımız, Şuşamız azaddır. Bu uğurlarımızın ümumiləşdirilmiş ifadəsi budur ki, ulu öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə gələcək inkişafın prioritetlərini müəyyənləşdirdi, davamlı uğurların möhkəm təməlini yaratdı”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 007
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 689
  • 56
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter