Müstəqim Səyyad oğlu Məmmədov
“Əli uzun” icra başçısı
Əmək qabiliyyətinə 25.11.1992-ci ildə başlayan Müstəqim Məmmədovun Yevlax rayonu ilə bağlılığı cənab Prezident İlham Əliyevin 07 may 2014-cü ilə qədər, yəni onun Yevlax rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilərək Tərtər rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğu dövrü əhatə edir. İdarəçilikdə kifayət qədər “təcrübə” toplayan M.Məmmədov “püxtələşmiş” bir rəhbər kimi başqa bir rayonu rəhbər təyin edilsə də doğulub boya-başa çatdığı Yevlax rayonuna hər zaman “sədaqət” göstərmiş, rayonun inkişafına müəyyən “qayğılar” göstərmişdir.
Redaksiyamıza daxil olmuş məlumatda bildirilir ki, M.Məmmədov Yevlax rayon İcra Hakimiyyətinə 100 (yüz) min ağac hədiyyə edərək onun müqabilində bacısının həyat yoldaşı Tahir Hüseynovu Kövər kəndinə icra nümayəndəsi təyin etdirmək istəyir. Kimdir Hüseynov? Tahir Göyüş oğlu? Tahir Hüseynov Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısının həyat yoldaşı olmaqla bərabər Yevlax rayonu, Kövər kənd bələdiyyəsinin müavinidir. 10 il bələdiyyə sədri işləyən T.Hüseynov bu müddət ərzində Müstəqim Məmmədova arxalaraq bir çox qanunsuz əməllərə yol vermişdir. Belə ki, bir çox torpaq sahələrini qardaşı uşaqlarının adına saxta sənədlərlə sənədləşdirən Hüseynov Tahir kəndin otlaq sahələrini qardaşının adına sənədləşdirərək orda üzü üçün böyük bir ferma tikdirmiş və örüş sahələrindən əkin-biçin məqsədilə istifadə edir.
Kövər kənd stadionunu saxta yolla sənədləşdirərək kənd sakini olmayan vətəndaşlara sataraq külli miqdarda var-dövlət əldə edib. Kövər kənd orta məktəbinin balansında olan torpaq sahəsini saxta yolla ələ keçirən T.Hüseynov həmin sahənin oğluna və özünə məxsus həyətyanı sahə kimi yiyələnib. Əslində sözügedən sahənin heç bir dövlət reystr xidmətində qeydiyyatı yoxdur. Bundan əlavə Kövər kənd uşaq baxçasının və icra nümayəndəliyinin həyətini qeyri-qanuni yolla oğlunun adına sənədləşdirib. Kəndin mərkəzi küçəsində 5 yerdə qanunsuz obeykt yeri mənimsəyib.
Müstəqim Məmmədova arxalanan Tahir Hüseynov camışçılıq fermasını sökərək fermaya məxsus olan 20 hektara qədər sahəni müxtəlif vətəndaşlara saxta yolla sataraq gəlir əldə etmişdir. Həmin fermanın “silos quyusu” deyilən ərazisini bacanağı Əvəzağanın adına saxta yolla sənədləşdirərək öz əmlakına çevirmişdir. Əslin Əvəzağa deyilən şəxs kənd sakini deyil.
Hal-hazırda Tahir Hüseynov qaynı M.Məmmədovun himayəsindən istifadə edərək arxalanaraq həyat yoldaşını bələdiyyə sədri, özünü isə müavin vəzifəsinə təyin etdirərək Kövər kəndini talamaqla məşğuldur.
Tahir Göyüş oğlu Hüseynov isə səbirsizliklə Kövər kənd icra nümayəndəsi olacağı günü səbirsizliklə və böyük iştah ilə gözləməkdədir.
Bir məlumatı da oxuculara çatdırmaq istəyirik. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov özünə müavin təyin etmək istədiyi xanımın adına Bakı şəhərində gözəllik salonu, ticarət mərkəzi, daşınmaz əmlak və s. olaraq ona gözəl bir şərait yaratmışdır.
Turanə xanımın adı Tərtər rayon İcra Hakimiyyətində olsa da hal-hazırda Bakı şəhərində oturub obyektlərə nəzarət edir. Necə deyərlər “özü burda, adı orda”.
Toxunulası məqamlar və məsələlər kifayət qədərdir. Söz yox ki, bu yazının davamı yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq. Amma bir məsələ çox maraqlı və düşündürücüdür. Cənab Prezident İlham Əliyev rayon icra başçılarına, məmurlara bu qədər xəbərdarlıq edir, göstəriş və tövsiyyələr verir, qəza tədbirləri görülür, həbs olunan icra başçıları göz qabağındadır. Müstəqim Məmmədova hansı formada təsir etmək lazımdır ki, nəticə çıxartsın? Tahir Hüseynov kənd camaatını boğaza yığmaqdan əl çəksin? Hesab edirəm ki, bunlar haqqında qanun çərçivəsində tədbir görməyin vaxtı çatıb. Hüquq-mühafizə oraqanları və aidiyyəti qurumlar yəqin ki, təqdim edəcəyimiz faktlar əsasında hərəkətə keçərək baş verən qanunsuzluqlarla bağlı öz ədalətli qərarları ilə Kövər kənd sakinlərinin narahatçılığına son qoyacaqlar.