DAŞKƏSƏNDƏ SAHİBKARLIĞIN GÜZƏŞTLİ KREDİTLƏŞDİRİLMƏSİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
- 13.10.2022, 18:33,
- Gündəm / Sosial
Baxılıb: 144
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Daşkəsən rayonunda fəaliyyət göstərən sahibkarlara dövlətin güzəştli maliyyə dəstəyinin verilməsi mexanizminin izah edilməsi, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması məqsədi ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi”nə dair işgüzar görüş keçirib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondunun idarə heyəti sədrinin müşaviri Namiq Zeynalov, Fondun məsul işçisi Qəzənfər Səfərxanlı, KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə koordinatoru Anar Əliyev, müvəkkil kredit təşkilatlarının nümayəndələri, rayondan olan sahibkarlar və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev görüş iştirakçılarını salamladıqdan sonra çıxışında deyib:
- Bugünkü görüşümüz rayon ərazisində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin təkmilləşdirilməsi prosesində böyük nailiyyətlərə imza atılır. Rayonumuzda da sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayona özəl investisiyaların cəlb olunması sahəsində mütəmadi olaraq işlər aparılır. 2022-ci ilin ötən 9 ayı ərzində rayona 190 min manat yerli özəl investisiya qoyuluşu olmuşdur ki, bunun nəticəsində də 14 yeni iş yeri yaradılmışdır. Rayona investorların cəlb olunması üçün yerli resurslar nəzərə alınmaqla, bütün sahələr üzrə sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində yerli icra hakimiyyətlərinin qarşısında olduqca mühüm vəzifələr qoyulmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qanunamüvafiq dəstəyin göstərilməsi üçün bütün imkanlardan istifadə edilir.
Əhəd Abıyevin çıxışından sonra SİF-in idarə heyəti sədrinin müşaviri Namiq Zeynalov Fondun fəaliyyəti və ötən illərdə gördüyü işlər barədə geniş məlumat verib. Həmçinin bildirib ki, cari ilin ötən 9 ayı ərzində Fond tərəfindən Daşkəsən rayonu üzrə 3 layihə maliyyələşdirilib və bu yöndə işlər davam etdiriləcəkdir.
KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə koordinatoru Anar Əliyev Daşkəsən rayonunun mövcud iqtisadiyyatı və potensialı, Daşkəsən KOB dostu ofisinin fəaliyyəti və sahibkarlığın güzəştli kreditləşməsində mövcud problemlərin aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıb, güzəştli maliyyə dəstəyinə ehtiyacı olan sahibkarlarla görüşün yüksək işgüzar səviyyədə keçəcəyinə ümid edərək uğurlar arzulayıb.
SİF-in məsul əməkdaşı Qəzənfər Səfərxanlı isə Fondun fəaliyyətinə dair vizual maarifləndirici təqdimatla çıxış edib.
Daha sonra sahibkarların sualları cavablandırılıb, təqdim olunan layihələrin qeydiyyatı aparılıb, həmçinin Daşkəsən rayonunun iqtisadi potensialının müxtəlif aspektləri geniş təhlil edilib, bukletlər paylanıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 090
- 5 499
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 568
- 207
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 12-12-2020, 12:00
- 13 373
- 92
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 24-05-2020, 23:28
- 9 979
- 3
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 27-04-2019, 10:08
- 9 040
- 2
- 23-10-2019, 21:00
- 8 055
- 1
- 29-11-2019, 09:00
- 7 903
- 3
- 13-05-2020, 22:05
- 7 761
- 0
- 28-04-2019, 20:56
- 7 527
- 2
- 23-04-2019, 21:57
- 7 295
- 2
- 11-03-2022, 12:24
- 310 090
- 5 499
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 568
- 207
- 7-11-2019, 09:36
- 6 078
- 124
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 12-12-2020, 12:00
- 13 373
- 92
- 22-12-2021, 14:22
- 4 745
- 57
- 10-02-2023, 10:54
- 4 276
- 54
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 14-01-2020, 09:33
- 6 804
- 20
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 27-03-2021, 14:25
- 4 974
- 7
- 29-11-2021, 09:36
- 4 567
- 5
- 29-09-2020, 11:15
- 4 989
- 5
- 24-09-2020, 11:41
- 5 024
- 5
- 16-05-2019, 14:19
- 6 919
- 5
- 15-05-2019, 09:47
- 5 258
- 5
SOSİAL ŞƏBƏKƏLƏR