• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

ATƏT-in Minsk qrupu ilə Fransanın aqibəti eyni oldu

ATƏT-in Minsk qrupu ilə Fransanın aqibəti eyni oldu



Rövşən Əhmədov: Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək regionumuzda yaranan vəziyyətlə bağlı ətraflı məlumat vermişdir. Prezidenti İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məğul olmuş ATƏT-in Minsk qrupu və qrupun həmsədri kimi Fransanın vasitəçilik missiyasının obyektiv qiymətini vermişdir.
Münaqişədən 28 il ötməsinə baxmayaraq ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Minsk qrupu münaqişəni nizamlamaq əvəzinə dondurmağa çalışmışdır. Danışıqlar gözdən pərdə asmaq xarakteri daşıyır, Ermənistan üçün cəzasızlıq mühiti təmin edirdi. Sonu görünməyən bu missiyaya Azərbaycan dayan deyərək, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib münaqişəni güc yolu ilə həll etdi.
Müharibədən sonrakı dövrdə Ermənistan iki ölkə arasındakı sərhəd boyunca terror və təxribatlar törətməkdə davam edir. Təxribatların geniş miqyas aldığı sentyabr ayında toqquşmalar aktivləşmiş və ermənilər yenə də böyük itkilər verərək mövqelərinə çəkilmək məcburiyyətində qalmışdır.
Avropa İttifaqının vasitəçilik missiyası çərçivəsində Praqada keçirilən dördtərəfli görüşdə, sentyabr hadisələrindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdıran Fransa-Ermənistan cütlüyü istədiklərinə nail ola bilmədi. Prezident İlham Əliyev qətiyyətli mövqe sərgiləyərək Aİ-nın mülki missiyasının Azərbaycan ərazisinə gəlməsinə icazə vermədi. Ermənistan isə özü dəstəklədiyi təklifi qəbul etmək məcburiyyətində qaldı. Bununla da Azərbaycan üçün hazırlanan tələyə Ermənistan özü düşdü.
ATƏT-in Minsk qrupunun fəaliyyətindəki ənənəvi rolunu davam etdirə bilməyəcəyini anlayan Fransa prezidenti, görüşdən bir həftə sonra müsahibə verərək Azərbaycana qarşı çirkin iftiralar atmağa başladı. Nümayiş etdirdiyimiz xoş mərama baxmayaraq o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərmişdir. Eyni zamanda normallaşma prosesinə töhvə verən vasitəçilik fəaliyyətinə kölgə salmağa çalışmışdır.
Prezident İlham Əliyev Fransanın ədalətsiz mövqeyini qəti surətdə pisləmiş və bundan sonra belə münasibət çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasını mümkünsüz hesab etmişdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 11
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 050
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 740
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter