Niyazi Bayramov: Azərbaycan xalqının əzmi və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu
- 05.11.2022, 11:57,
- Gündəm / Cəmiyyət
Baxılıb: 88
Facebook
Вконтакте
Одноклассники
Google+
8 Noyabr-Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində təntənəli bayram tədbiri keçirilib
Tədbirdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, şəhid ailələri, və müharibə iştirakçıları şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyublar.
Tədbir Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, müharibə dövründə yaşanan hadisələrdən danışıb. Qeyd edib ki, müharibə zamanı düşmən tərəfindən döyüş bölgəsindən xeyli kənarda yerləşən yaşayış məntəqələri atəşə məruz qalıb, Gəncə və digər şəhərlərdə xeyli sayda dinc sakin həlak olub, yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Lakin Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət göstərmiş, düşmənə layiqli cavab verərək işğal altında olan torpaqlarımızı azad edib, bizlərə qələbə sevincini yaşadıb.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qonaqları salamlayıb və Zəfər Günü münasibətilə tədbir iştirakçılarına xoş arzularını çatdırıb. Rektor qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olunub, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatıb.
Universitetin rektoru Yusif Yusibov çıxışında onu da bildirib ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də könüllü olaraq cəbhəyə getmiş və torpaqlarımızın yağı düşməndən azad olunmasında fəallıqla iştirak etmişdir. Bu haqq savaşında 18 gənc şəhidlik zirvəzinə ucalmışdır. Bu gün universitetdə həmin şəhidlərin adına auditoriyalar fəaliyyət göstərir. Ali məktəbin kollektivi hər zaman bu qəhrəman insanlarla fəxr edir.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk çıxışında 44 günlük Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olmasını qeyd edib. Bildirib ki, hazırda dövlət başçılarının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri əlaqələrin daha da dərinləşməsini şərtləndirir.
Tədbirdə müharibə iştirakçısı Nicat Məmmədov və şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov çıxışlarında bayrağımızın məğrur şəkildə dalğalanmasının Azərbaycan üçün hər şeydən vacib olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu gün dövlətimizin qayğısı, diqqəti onlar üçün əvəzolunmazdır.
Tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib, vətənpərvərlik ruhunda ifa edilən rəngarəng kompozisiyalar maraqla qarşılanıb.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib.
Azərbaycanın milli maraqlarını hər zaman uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.
Azərbaycan Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.
Ermənistanda revanş haqqında düşünənlər 44 günlük Vətən Müharibəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 125
- 5 502
- 10-02-2022, 10:36
- 28 420
- 244
- 7-04-2022, 11:57
- 21 589
- 207
- 26-04-2019, 16:16
- 16 147
- 45
- 18-09-2019, 10:29
- 13 661
- 119
- 12-12-2020, 12:00
- 13 395
- 92
- 11-04-2022, 16:00
- 11 860
- 12
- 15-05-2019, 20:27
- 11 083
- 54
- 24-05-2020, 23:28
- 9 992
- 3
- 26-04-2019, 15:39
- 9 483
- 99
- 27-04-2019, 10:08
- 9 053
- 2
- 23-10-2019, 21:00
- 8 069
- 1
- 29-11-2019, 09:00
- 7 916
- 3
- 13-05-2020, 22:05
- 7 774
- 0
- 28-04-2019, 20:56
- 7 540
- 2
- 23-04-2019, 21:57
- 7 312
- 2
- 11-03-2022, 12:24
- 310 125
- 5 502
- 10-02-2022, 10:36
- 28 420
- 244
- 7-04-2022, 11:57
- 21 589
- 207
- 7-11-2019, 09:36
- 6 099
- 125
- 18-09-2019, 10:29
- 13 661
- 119
- 26-04-2019, 15:39
- 9 483
- 99
- 12-12-2020, 12:00
- 13 395
- 92
- 22-12-2021, 14:22
- 4 765
- 58
- 10-02-2023, 10:54
- 4 302
- 57
- 15-05-2019, 20:27
- 11 083
- 54
- 26-04-2019, 16:16
- 16 147
- 45
- 14-01-2020, 09:33
- 6 817
- 20
- 11-04-2022, 16:00
- 11 860
- 12
- 27-03-2021, 14:25
- 4 987
- 7
- 29-11-2021, 09:36
- 4 580
- 5
- 29-09-2020, 11:15
- 5 002
- 5
- 24-09-2020, 11:41
- 5 037
- 5
- 16-05-2019, 14:19
- 6 932
- 5
- 15-05-2019, 09:47
- 5 271
- 5
SOSİAL ŞƏBƏKƏLƏR