Fars-molla rejiminin yeni `3+3` HOQQABAZLIĞI... - NƏ BAŞ VERİR?
- 22.02.2023, 14:22,
- Gündəm / Siyasət
Baxılıb: 61
Facebook
Вконтакте
Одноклассники
Google+
İran "3+3" formatında görüş keçirməyə hazırdır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşdə deyib. Abdullahian regional əməkdaşlığın vacibliyini vurğulayaraq İranın Tehranda Azərbaycan, Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazır olduğunu bildirib. Qruşko da öz növbəsində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın inkişafının vacib olduğunu vurğulayıb.
Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə bildirib ki, İran xarici işlər nazirinin"3+3" formatını gündəmə gətirməsini arxadan atılan daş kimi qiymətləndirmək olar. Partiya təmsilçisi qeyd edib ki, bu ideya səsləndirilən zaman İranın bölgə üçün təhlükəli və zərərli siyasətinin detalları hələ bəlli deyildi:
"İran ötən iki ildə bölgədə destruktiv rol oynadığını sübut etdi. Tehranın mövqeyi İranın hər hansı əməkdaşlıq modelində uğurlu iştirakını qeyri-mümkün edir. Xüsusilə Tehrandakı Azərbaycan səfirliyində həyata keçirilən terror aktı və indiyədək İranın buna görə rəsmi üzr istəməməsi nəinki regional proyektdə, hətta ikitərəfli formatda əməkdaşlığı sual altına salır. Ona görə də İran XİN-in açıqlamasını siyasi riyakarlıq nümunəsi hesab edirəm. Cənubi Qafqazda vəziyyət artıq hamıya aydındır. Burada sülh və əməkdaşlığın yeganə formulu üç respublikanın - Azərbaycan, Ermənistan və Gürcüstanın heç bir vasitəçi olmadan danışıb vəziyyəti normallaşdırmasından keçir. Eyni zamanda Türkiyənin regiondakı təşəbbüsləri və Avropa İttifaqının təşəbbüslərini də səmimi və real hesab etmək olar. Amma İran və Rusiyanın bölgədə sülhdə və sabitlikdə maraqlı olmadığı artıq heç kimdə şübhə doğurmur. Ona görə də cənab Abdullahiana demək lazımdır ki, getsin Rusiya ilə İran İHA-larını satmaq məsələsindən danışsın, edə bilməyəcəkləri işdən danışmasın".