• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Saleh Məmmədov: Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülür

Saleh Məmmədov:  Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülür




Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov - Uzun illərdən bəri Ermənistan respublikası bir sıra dünya ölkələrinə arxalanaraq Azərbaycan torpaqlarının 20 faizə qədərini işğal edərək 100 minlərlə Azərbaycanlını dədə-baba yurdundan didərgin salmışdır. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev dinc yolla torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək üçün var qüvvələri ilə çalışırdılar. Lakin günü-gündən havadarlarının dəstəyi ilə həyasızlaşan Ermənistan iddialarından əl çəkməyib işğalçılıq işlərini genişləndirirdi.

Ermənistan silahlı qüvvələri 27 sentyabr 2020-ci il səhər saatlarında genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar qəbul edilir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanaraq İkinci Qarabağ müharibəsinə çevrilir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

İkinci Qarabağ müharibəsi əhali arasında Vətən müharibəsi və “Dəmir Yumruq əməliyyatı” kimi qəbul edilərək Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldı. 44 gün davam edən müharibə zamanı Azərbaycan əhalisi dünya tarixində sözün əsl mənasında qeyri-adi birlik və fədakarlıq göstərərək milli, dini, sosial fərqləri bir kənara atıb Prezident cənab İlham Əliyev ətrafında sıx birləşdilər. Azərbaycan hərbçiləri yüksək fədəkarlıq nümayiş etdirib dünya hərb tarixində yeni nailiyyətlərə imza atdılar. Məhz peşəkarlıq Azərbaycan ordusunda az itki ilə qısa müddətdə parlaq qələbə qazanmasına şərait yaratdı. Azərbaycanın qələbəsində Türkiyə və Pakistan kimi qardaş ölkərərin mənəvi dəstəyinin də rolu oldu. Müharibə Azərbaycanın əsl dostunun və düşmənin kimlər olduğunu üzə çıxardı.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərə qədər hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Heç kim unudulmur, heç nə yaddan çəxmır.

Allah bütün şəhidlərə rəhmət eləsin.



“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.

Bəzi sayt rəhbərləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov nə istəyirlər?! Yel qayadan nə aparar? İt hürər karvan keçər

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". Füzuli - Şuşa yolunda BÖYÜK YEYİNTİ başlıqlı yazı yazaraq təxribat edirlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Xeberdar.az-ın əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 030
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 719
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter