• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Prezidentin diplomatlarla bağlı son çıxışı - “Dövlətə xəyanət və satqınlıq ediblər”

Prezidentin diplomatlarla bağlı son çıxışı - “Dövlətə xəyanət və satqınlıq ediblər”


Azərbaycanın keçmiş Baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbsi ilə bağlı dünəndən ictimai müzakirələr başlayıb. Bir çox şəxslər diplomatik korpusda bu həbslərin davam edəcəyini bildirir. Buna siqnal kimi də Prezident İlham Əliyevin yeni Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edərkən səsləndirdiyi fikirlər nümunə göstərilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Prezident iyulun 16-da çıxışında bildirmişdi ki, xarici mətbuatda ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələrə əgər özü müdaxilə etməsə, təkzib olunmur:

“Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik”.



Prezidentin sözügedən çıxışında bəzi diplomatların xarici ölkələrin xüsusi xidmət orqanlarına işləməsi haqda fikirləri ictimaiyyət tərəfindən daha çox diqqət cəlb etdi. Həmin diplomatların şəxsiyyəti maraq doğurdu.

DTX-nın səfir Eldar Həsənovu həbs etməsi bu mövzunu yenidən gündəmə gətirdi. Mətbuatda gizli mənbələrə istinadla yayılan məlumata görə, Eldar Həsənovun həbsi ilə bağlı ilkin açıqlama yeyinti və rüşvət ittihamları haqda olsa da, onun əslində dövlətə xəyanət etdiyi üçün həbs edildiyi iddia olunur. Belə ki, Ermənistanın təxribatı ilə baş verən Tovuz döyüşlərindən sonra Serbiyanın işğalçı ölkəyə külli miqdarda silah-sursat satdığı məlum oldu. İlkin olaraq, bu hadisənin baş verməsində Eldar Həsənovun diplomat kimi yarıtmazlığı tənqid olunsa da, sonradan onun bu silah satışında dolayısı ilə iştirak etdiyi iddia olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyinin rəhbər şəxslərini həbs etməsindən sonra diplomatik korpusdakı istintaq araşdırmalarının hələ bir müddət davam edəcəyi və bu sferada yeni həbslərin olacağı artıq heç kimdə şübhə doğurmur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 19
  • 0

Əli Əsədov qərar imzaladı

  • Dünən, 12:37
  • 25
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 106
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 803
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter