• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənistan Mingəçevir və Gəncəni vura bilərmi? - Hərbi ekspert AÇIQLADI

Ermənistan Mingəçevir və Gəncəni vura bilərmi? - Hərbi ekspert AÇIQLADI


Xəbər verdiyimiz kimi, Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bəs düşmənə məxsus PUA-nın hədəfi hara idi?
Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədlinin fikirlərini öyrənib. Ekspert bildirib ki, PUA-nın hədəfi kəşfiyyat xarakterli olub:

"Şəmkirdə vurulan PUA-nın hədəfi həmin istiqamətdə olan vacib, strateji əhəmiyyətli mövqeləri müşahidə etmək və məlumatları Ermənistana ötürmək idi. Bu birmənalı olaraq belədir. Ümumiyyətlə PUA-lar müşahidə, kəşfiyyat məqsədi ilə istifadə edilən və məsafədən idarə edilən aviasiya vasitəsidir. Kəşfiyyat məqsədli PUA-lardan başqa, həm də silah daşıyan PUA-lar da mövcuddur. Bunlar da hədəflərə zərbə endirmək üçün istifadə olunur".

Ermənistan Mingəçevir və Gəncəni vura bilərmi? - Hərbi ekspert AÇIQLADI


Eyni zamanda düşmən tərəfi tez-tez Mingəçevirin və Gəncənin vurulması ilə bağlı "təhdidlər" səsləndirir. Həqiqətən Ermənistan ordusu buna qadir silahları malikdirmi? Ekspert bildirib ki, bu ehtimal üçün heç bir narahatlığa ehtiyac yoxdur, çünki ordumuz ən son texnikalarla təmin edilib:

"Ermənistan ordusunda bir neçə il öncə Rusiya tərəfindən verilən “İskəndər” taktiki-raket kompleksi mövcuddur. Bu raket müəyyən uzaqlıqdakı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Lakin Azərbaycan bununla bağlı problemləri həll edib. Ordumuzun çoxlu sayda raket kompleksləri var. Eyni zamanda nəzər almalıyıq ki, Azərbaycanın Ermənistana yaxın olan Naxçıvan istiqamətindəki mövqeləri düşməni darmadağın etməyə qadirdir. Çünki Naxçıvan və İrəvan arasındakı məsafə azdır.

Eyni zamanda Azərbaycanın güclü hava hücumundan müdafiə sistemləri var. Azərbaycanın Hava Qüvvələri kifayət qədər güclü, müasir silahlarla təchiz olunub. Bu texnikalar hava məkanımızı istənilən təhlükədən qorumağa qadirdir".

Ramil Məmmədli müharibə başlaması ehtimalı ilə bağlı isə bunları deyib:

Müharibə ehtimalının indi çox güclü olduğunu düşünürəm. Ermənistanın son vaxtlar atdığı addımlar, son 3 ayda Tovuz, Goranboy istiqamətində vəziyyəti gərginləşdirmək cəhdləri, təxribat hərəkətləri və düşmənin səfərbərlik elan etməsi, xaricdə olan ermənilərin Qarabağa yerləşdirməsi müharibə olma ehtimalını artırır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 024
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 713
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter