• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

İmamverdi İsmayılov: Qubadlımız işgaldan azad edildi

İmamverdi İsmayılov: Qubadlımız işgaldan azad edildi


Milli məclisin deputatı İmamverdi İsmayılov - «Tarix məni iki səbəbdən qınayacaq :ermənilərin kökünü kəsmək istəyimə görə və bunu istəyib etmədiyinə görə…» (Teymur Ləng)
27 ildir ki, Azərbaycan tarixi qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür , torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və oğru Ermənistanın tapdağı altında idi. Xalqımız Xankəndi, Şuşa , Laçın , Xocavənd , Kəlbəcər , Ağdərə , Ağdam , Cəbrayıl , Füzuli, Qubadlı ,Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi! Ali Baş Komandanımiz, Azərbaycan Respublikasının Prezidenti ,cənab İlham Əliyevin məqsədyönlü siyasəti , qardaş ölkələr olan Türkiyə və Pakistanın dəstəyi və ən əsas Şanlı Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı.
Uzun illərdir mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri Qubadlı şəhəri və Qubadlı rayonudur. Ötən əsrlərdə (1915, 1918, 1920) Qubadlı dəfələrlə Ermənistan işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə çətinlik və əzablara baxmayaraq, hər dəfə erməni qoşunları torpağımızdan qovulmuşdur.
1988-ci ildən başlayaraq , Ermənistan (120km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hucumlar başlamış ,dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etmişdir.
1993-cü ilin avqust ayının sonunadək davam edən beşillik müharibə zamanı Qubadlı rayonunda 238 nəfər şəhid olmuş ,onlardan 9 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür .
Laçın , Ağdam ,Füzuli , Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarimmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. İşğal nəticəsində 30 mindən çox Qubadlı sakini yurd-yuvasından didərgin düşmüş , respublikanın iki şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmışlar . Qadın və uşaqlar daxil, çoxlu sakinlər öldürülmüş , əsir götürülmüş, bir coxlarından bu günə qədər heç bir məlumat yoxdur.
Ermənilər Qubadlıda 205 mədəni – məişət obyektini , 12 tarixi abidəni ,5000-dən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini yandıraraq talan etmişdilər.
Bu gün, şükürlər olsun ki , Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazir. Bir çox rayon ,şəhər ,kəndlərimiz daxil olmaqla, 25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu və şəhəri düşmən işğalından azad olundu. Öldürülən ,əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə , qəhrəman Azərbaycan xalqının qisası alındı. Prezidentimiz cənab İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun işğaldan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənov və Zaur Quliyevi təbrik etmiş və bu təbriki bütün şəxsi heyətə çatdırmağı tapşıraraq , növbəti hərbi əməliyyatlarda bütün ordumuza uğur arzulamışdı.
Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva öz Instagram hesabında Qubadlı şəhərinin azad olması münasibətilə paylaşım etmişdir: «Zəngilan, Cəbrayıl ,Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram ! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı , şücaəti , cəsarəti , igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram ! Uca Tanrı ordumuzu, xalqımızı , Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır !» .
Xalqımız bu gün müharibə şəraitində yaşayır. Torpaqlarımız uğrunda döyüşən igidlərimiz dinc sakinlərə , qadınlara ,körpə uşaqlara qarşı terror aktı törədən erməni cəlladlarından fərqli olaraq,öz canı, qanı hesabına ,müharibə qanunların uyğun olaraq, vuruşur , torpaqlarını erməni qesbkarlarından təmizləyir, yeri gəldikdə, qorxmadan , çəkinmədən Vətən uğrunda şəhid olurlar. Çünki « Uğrunda ölən varsa, vətən var!» stimulu onlara cəsarət,güc və inam verir. Beli , cənnət guşələrimiz, doğma torpaqlarımız şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Allahdan bütün şəhidlərimizə rəhmət,xalqımıza
səbr diləyir,ordudakı əsgərlərimizin sag-salamat qayıdaraq ,xalqımıza tam qələbəni yaşatmasını arzulayırıq ! İnşallah, tezliklə Qələbə gününü qeyd edəcəyik və təqvimdəki «Qanlı yaddaşımız» « Şanlı Qələbəmiz» sözləri ilə əvəz olunacaq! Qarabağ Azərbaycandır ! Qələbə bizimdir!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Bu gün, 18:18
  • 6
  • 0

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 13
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 095
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 793
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter