Professor Sahib Musayev: Son vaxtlarda müasir dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu günbəgün artır
- 18.09.2019, 10:29,
- Gündəm / Siyasət
Baxılıb: 13 593
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir. Son vaxtlarda müasir dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu günbəgün artır.
Professor Sahib Musayev - Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz açıq-aşkar hiss edirik. Səhiyyə sahəsində qəbul edilən proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin başlıca istiqamətlərini təşkil edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb. Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib.
Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.
Bundan əlavə hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib.
{img1}Əhaliyə göstərilən tibbi xidmətlə yanaşı, tibb işçilərinin biliklərinin artırılması, xitisaslaşdırılması, həmçinin onların sosial vəziyyəti də diqqətdə saxlanılır. Bu gün həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunur, tibb işçilərinin əməyinin stimullaşdırılması məqsədilə mütəmadi olaraq onların əmək haqları artırılır.
Səhiyyəmizin inkişafını isbatlayan məqamlardan biri də bu yaxınlarda Respublika Müalicəvi Diaqnostika Mərkəzində 2019-cu il fevralın 3-də ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə süni ürək implantasiyası uğurla həyata keçirilməsi oldu.
Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstənin süni ürəyi ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilib. Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.
Səhiyyə müəssisələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi bu il tibbi müayinə tədbirləri uğurla icra olunub. Ölkə üzrə ümumilikdə 1947274 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib. Müayinələr zamanı vətəndaşlarda əsasən infeksiyon, yenitörəmələr, qanyaradıcı xəstəliklər, endokrin və s xəstəliklər aşkarlanıb.
Bundan əlavə, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.
{img2}Səhiyyədə aparılan islahatların tərkib hissəsini təşkil edən istiqamətlərdən biri də icbari tibbi sığortanın tətbiqidir. Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir. İcbari tibbi sığorta isə səhiyyənin maliyyələşməsinin yeni formasıdır. Dövlətin səhiyyə ayırdığı vəsaitlərlə yanaşı vətəndaşlardan toplanan sığorta haqları icbari tibbi sığortanın müasir dövrdə daha dayanıqlı və etibarlı maliyyələşmə modeli kimi tətbiq olunmasına səbəb olub.cbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək və səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. Əlçatanlığın təmin olunması üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyi kənd tibb məntəqələrinin yenilənməsinə, səhiyyənin maddi-texniki bazasının güclənməsinə dəstək verəcək. Bununla yanaşı pilot ərazilərdəki tibb müəssisələrində baza zərfinə daxil olan tibbi xidmətlər göstərilməzsə, vətəndaşın o xidməti digər müqaviləli müəssisədə almasına şərait yaradacaq. Bu, özəl və ya dövlət tibb müəssisəsi ola bilər. Yəni sığortalı vətəndaş göstəriləcək tibbi xidmətin dəyərinin ödənilməsi baxımdan narahat olmayacaq. Bütün bu məsələlərə aydınlıq gətirmək məqsədilə elə bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirib. Görüşün keçirilməsində məqsəd rəhbər heyəti icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub. Tədbirdə açılış nitqi ilə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyin yaradılmasına əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaqdır. Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr onların əməyinin stimullaşdırılmasına və sosial rifah halının yüksəldilməsinə yol açacaqdır. Tədbirdə həmçinin icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunduğu vurğulanıb. Səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsində, səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsində icbari tibbi sığortanın əhəmiyyətindən danışılıb, xəstəxanadaxili qeydiyyat sisteminin yeni tələblərə uyğun qurulmasının vacibliyini vurğulanıb.
Əslən qədim Borçalı mahalının (indiki Gürcüstanın Marneuli rayonundakı) Mameyi kəndindən olan
Sahib Kazım oğlu Musayev 1952-ci ildə Qazaxstan Respublikasının Çimkənd vilayətində sürgündə dünyaya göz açıb.
O, 1954-cü ildə bəraət qazanmış valideynləri ilə bərabər sürgündən doğma Borçalıya qayıtmışdır.
Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirmişdir. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakultəsinə daxil olub və 1975-ci ildə oranı bitirib.
1976-1981-ci illərdə Bakı şəhəri Təcili və təxirəsalınmaz Tibbi Stansiyasında həkim-kardioloq işləyib.
1983-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində işləyir.
1981-1984-ci illərdə moskvada - SSRİ Tibb Elmləri Akademiyasının Revmotologiya İnstitutunda aspirantura oxumuş, 1984-ci ildə həmin institutda “Sistem sklerodermiyasının kliniki-immunoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1984-1987-ci illərdə Azərbaycan Tibb İnstitutuda “Daxili xəstəliklər” kafedrasında assistent vəzifəsində çalışıb.
1987-1991-ci illərdə yenə Moskvada - SSRİ Tibb Elmləri Akademiyasında doktornaturada fəaliyyət göstərmişdir.
1991-ci ildə “b-talasemiyada revmotoloji sindromlar”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru elmi adına layiq görülmüşdür.
1983-ci ildə X-cu Avropa Revmotoloji konqresində aktiv iştirakina görə Avropa Antirevmatik liqanın qırmızı diplomuna layiq görülmüşdür.
1992-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində pediatriya fakultəsinin “Daxili xəstəliklər” kafedrasında professor vəzifəsinə seçilmişdi.
Elmi işləri əsasən “Birləşdirici toxumanın diffuz xəstəliklərinin” kliniki-immunoloji xüsusiyyətləri, sistem vaskulitləri, irsi hemoglobinopatiyalarda revmatik sindromlar, revmatik xəstəliklərdə stomatoloji təzahürlər, birləşdirici toxumanın diffuz xəstəliklərində həzm sistemi orqanlarının vəziyyətinə həsr olunub.
Prof. S.K.Musayev rəhbərliyi altına 6 namizədlik dissertasiyası yerinə yetirilib.
200 elmi işin, 4 tədris vəsaitin, 6 metodik vəsaitin müəllifidir.
Professor Sahib Musayev Finlyandiyada, İtaliyada, Rumıniyada, Çexoslovakiyada, İzraildə, İstambulda, Antaliyada, Yaponiyada, Fransada, İspaniyada, Londonda keçirilən Beynəlxalq konqreslərdə aktiv iştirak etmişdir.
2005-ci ildə Beynalxalq Elmlər Akademiyası həqiqi üzvü seçilib.
2006-cı ildə Əməkdar Elm xadimi adına layiq görülmüşdür.
Biz də tanınmış alim, tibb elmləri doktoru, Əməkdar Elm xadimi,
çox hörmətli professor Sahib Musayevə şərəfli elmi-tibbi və pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 920
- 5 493
- 10-02-2022, 10:36
- 28 349
- 244
- 7-04-2022, 11:57
- 21 480
- 207
- 26-04-2019, 16:16
- 16 072
- 45
- 18-09-2019, 10:29
- 13 593
- 119
- 12-12-2020, 12:00
- 13 303
- 91
- 11-04-2022, 16:00
- 11 792
- 12
- 15-05-2019, 20:27
- 10 993
- 54
- 24-05-2020, 23:28
- 9 923
- 3
- 26-04-2019, 15:39
- 9 399
- 99
- 27-04-2019, 10:08
- 8 984
- 2
- 23-10-2019, 21:00
- 7 999
- 1
- 29-11-2019, 09:00
- 7 847
- 3
- 13-05-2020, 22:05
- 7 704
- 0
- 28-04-2019, 20:56
- 7 472
- 2
- 23-04-2019, 21:57
- 7 239
- 2
- 11-03-2022, 12:24
- 309 920
- 5 493
- 10-02-2022, 10:36
- 28 349
- 244
- 7-04-2022, 11:57
- 21 480
- 207
- 7-11-2019, 09:36
- 5 987
- 120
- 18-09-2019, 10:29
- 13 593
- 119
- 26-04-2019, 15:39
- 9 399
- 99
- 12-12-2020, 12:00
- 13 303
- 91
- 22-12-2021, 14:22
- 4 680
- 56
- 15-05-2019, 20:27
- 10 993
- 54
- 10-02-2023, 10:54
- 4 185
- 50
- 26-04-2019, 16:16
- 16 072
- 45
- 14-01-2020, 09:33
- 6 749
- 20
- 11-04-2022, 16:00
- 11 792
- 12
- 27-03-2021, 14:25
- 4 919
- 7
- 29-11-2021, 09:36
- 4 511
- 5
- 29-09-2020, 11:15
- 4 932
- 5
- 24-09-2020, 11:41
- 4 969
- 5
- 16-05-2019, 14:19
- 6 863
- 5
- 15-05-2019, 09:47
- 5 203
- 5
SOSİAL ŞƏBƏKƏLƏR