• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Azərbaycanda dəhşət: 5 ölü, 2 yaralı var - FOTOLAR

  • 09.07.2021, 10:21,
  • Hadisə
  • Baxılıb: 77
Azərbaycanda dəhşət: 5 ölü, 2 yaralı var - FOTOLAR


Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşını toqquşub.
Yol qəzasının təfərrüatları araşdırılır.

Ucarda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Avtoqəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
E..İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.

Azərbaycanda dəhşət: 5 ölü, 2 yaralı var - FOTOLARAzərbaycanda dəhşət: 5 ölü, 2 yaralı var - FOTOLARAzərbaycanda dəhşət: 5 ölü, 2 yaralı var - FOTOLARAzərbaycanda dəhşət: 5 ölü, 2 yaralı var - FOTOLAR
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter