• 15:08 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarına riayət edilməsinə nəzarət məqsədilə yoxlamalar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Vüqar” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Əzizağa Vəliyev inzibati məsuliyyətə cəlb edilərək 4 000 manat məbləğində cərimələnib. Həmçinin, toy sahibi, Göyçay rayon sakini Rəhman Gülüyev barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək o, 200 manat məbləğində cərimə olunub.

Göyçay rayon sakinləri Məhəmmədəli Süleymanov və İlqar Maqsudova məxsus fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində isə müəyyən edilən say həddindən artıq qonağın iştirakı qeydə alınıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin şəxslər barəsində protokol tərtib olunub və hər biri 200 manat cərimələnib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter